DÜYÜNLÜ POLİARTERİİTLƏ AĞIRLAŞMIŞ KƏSKİN B VİRUS HEPATİTLİ XƏSTƏLƏRİN QAN SERUMUNDA İMMUNOQLOBULİNLƏRİN KƏMİYYƏT DƏYİŞİKLİKLƏRİ

Müəlliflər

  • C.P. İsayev Azərbaycan Tibb Universitetinin
  • S.B. Məmmədov Azərbaycan Tibb Universitetinin
  • V.N. Cavadzadə Azərbaycan Tibb Universitetinin

DOI

https://doi.org/10.34921/amj.2023.4.006

Açar sözlər

düyünlü poliarteriit, kəskin B virus hepatiti, immunoqlobulunlər

Xülasə

Məqalədə düyünlü poliarteriitlə ağırlaşmış kəskin B virus hepatitili xəstələrdə humoral immuniteti qiymətləndirmək üşün aparılan müayinələrdə immunoqlobulinlərin əsas sinif və yarımsiniflərində meydana çıxan kəmiyyət dəyişiklikləri haqqında məlumat verilmişdir. Tədqiqata 61 nəfər yanaşı olaraq düyünlü poliarteriitlə ağırlaşma aşkar edilmiş və 97 nəfər bu cür ağırlaşma qeyd edilməyən (cəmi158) kəskin B virus hepatitli xəstə və kontrol olaraq 30 nəfər praktik sağlam şəxs daxil edilmişdir. Xəstələrin qan serumunda immunoqlobulinlərin səviyyəsi fermentlə əlaqəli immunosorbent analizi ilə müəyyən edilmişdir.
Kəskin B virus hepatitli xəstələrdə bütün siniflərdən olan immunoqlobulinlərinin səviyyəsinin artması qeyd edilmişdir. Ümumi IgG-nin ən yüksək səviyyəsi düyünlü poliarteriitlə ağrlaşmış xəstələrdə aşkar edilmişdir ki, bu da kontrol qrupu ilə müqayisədə xeyli yüksək olmuşdur (p<0,05). IgG4 səviyyəsinin yüksəlməsi də qeyd edimişdir. Belə ki, öyrənilən göstəricilər düyünlü poliarteriitlə ağırlaşmış xəstələrdə həm kontrol qrupunda, həm də düyünlü poliarteriitlə ağırlaşmamış xəstələrin göstəricilərindən əhəmiyyətli dərəcədə artıq olmuşdur (p<0,05). Eyni zamanda yuxarıda göstərilən qruplarla müqyisədə, düyünlü poliarteriitlə ağırlaşmış xəstələrdə IgE-nin səviyyəsinin daha yüksək olması diqqəti cəb etmişdir (p<0,05). Beləliklə, düyünlü poliarteriitlə ağırlaşmış kəskin B virus hepatitli xəstələrin humoral immunitetində baş verən dəyişikliklər qanda IgG, IgG4 və IgE səviyyələrinin əhəmiyyətli dərəcədə artması ilə təzahür etmişdir. Belə dəyişikliklər adətən kəskin B virus hepatitli xəstələrdə müşahidə edilən premorbid fon patologiyalarının – autoimmun və allergik xəstəliklətin təsiri ilə əlaqələndirilə bilər.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2023-12-20

Necə istinad edilir

İsayev, C., Məmmədov, S., & Cavadzadə, V. (2023). DÜYÜNLÜ POLİARTERİİTLƏ AĞIRLAŞMIŞ KƏSKİN B VİRUS HEPATİTLİ XƏSTƏLƏRİN QAN SERUMUNDA İMMUNOQLOBULİNLƏRİN KƏMİYYƏT DƏYİŞİKLİKLƏRİ. Azərbaycan Tibb Jurnalı, (4), 41–47. https://doi.org/10.34921/amj.2023.4.006

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR