ANTİFOSFOLİPİD SİNDROM VƏ GENETİK TROMBOFİLİYA FONUNDA OLAN MİQRENİN KLİNİK XÜSUSİYYƏTLƏRİ

Müəlliflər

  • L.R. Daşdəmirova Rusiya Federasiyası Səhiyyə Nazirliyinin İ.M.Seçenov ad. Birinci Moskva Tibb Universiteti (Seçenov Universiteti) – Federal Dövlət Avtonom Ali Təhsil Müəssisəsi
  • O.N. Voskresenskaya Rusiya Federasiyası Səhiyyə Nazirliyinin İ.M.Seçenov ad. Birinci Moskva Tibb Universiteti (Seçenov Universiteti) – Federal Dövlət Avtonom Ali Təhsil Müəssisəsi
  • D.X. Xizroyeva Rusiya Federasiyası Səhiyyə Nazirliyinin İ.M.Seçenov ad. Birinci Moskva Tibb Universiteti (Seçenov Universiteti) – Federal Dövlət Avtonom Ali Təhsil Müəssisəsi

DOI

https://doi.org/10.34921/amj.2023.4.004

Açar sözlər

miqren, antifosfolip sindrom, antifosfolipid anticisimciklər, genetik trombofiliya

Xülasə

Məqalədə antifosfolipid sindrom (AFS) və genetik trombofiliya (GT) fonunda keçən miqren xəstəliyinin klinik xüsusiyyətlərini öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqata aura ilə və aurasız keçən miqren xəstəliyi olan 55 qadın cəlb edilmişdir. Əsas xəstəliyin klinik gedişi qiymətləndirilmiş, mamalıq-ginekoloji və irsi anamnez təhlil edilmiş, Bek və Spilberger-Xanin şkalaları vasitəsilə həyəcan və depressiya halları öyrənilmişdir.
Tədqiqat göstərmişdir ki, AFS və/və ya GT olan pasiyentlərdə miqren xəstəliyi bu sindromlar olmayan qadınlarla müqayisədə daha erkən başlamış, tutmaların tezliyi nisbətən aşağı olmuş, erkən özbaşına abort hallarına daha çox rast gəlinmiş, təkrarlanan hamiləlik pozulmaları daha çoxalmış, reaktiv və şəxsiyyət həyəcanlılığı əlamətləri göstəriciləri daha aşağı olmuşdur.
Müəlliflərin fikrincə, miqrenin daha erkən debütü və tutmaların aşağı tezliyi, ağırlaşmış mamalıq anamnezinə malikolma, həmçinin aydın ifadəli komorbid həyəcanlılıq əlamətlərinin olması hiperkoaqulyasion sindromla assosiasiya edən miqrenin markeri hesab edilə bilər.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2023-12-20

Necə istinad edilir

Daşdəmirova, L., Voskresenskaya, O., & Xizroyeva, D. (2023). ANTİFOSFOLİPİD SİNDROM VƏ GENETİK TROMBOFİLİYA FONUNDA OLAN MİQRENİN KLİNİK XÜSUSİYYƏTLƏRİ. Azərbaycan Tibb Jurnalı, (4), 28–34. https://doi.org/10.34921/amj.2023.4.004

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR