TRANSFUZİON ASILILIĞI OLAN β-TALASSEMİYALI UŞAQ ORQANİZMİNİN DƏMİRLƏ YÜKLƏNMƏSİ ZAMANI QANDA FERRİTİNİN SƏVİYYƏSİ

Müəlliflər

  • T.A. Əsgərova Azərbaycan Tibb Universiteti
  • N.Ç. Həsənzadə Azərbaycan Tibb Universiteti
  • İ.A. Qafarov Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2022.1.005

Açar sözlər

ferritin, desferal, β-talassemiya

Xülasə

Məqalədə desferal-terapiya alan β-talassemiyalı xəstə uşaqların qan serumunda dəmirin və ferritinin qatılılığının dəyişməsini öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilir. 125 nəfər β-talassemiyalı xəstə müayinə olunmuşdur. Onlardan 68-i oğlan və 53-ü qız idi. Kontrol qrupunu müvafiq yaşda və cinsdə olan 20 sağlam şəxs təşkil etmişdir. Müayinə olunmuş xəstələrə xəstəliyin kliniki gedişatından asılı olaraq, müxtəlif dozalı desferalla müalicə aparılmışdır.
Desferal qəbulundan sonra xəstələrin qanında ferritinin qatılığı təyin edilmişdir. Aparılan tədqiqat göstərmişdir ki, ferritinin qatılığının azalması desferalın dozasından asılıdır.
Beləliklə, β-talassemiyalı xəstələrin müalicəsində desferal-terapiyanın istifadə olun¬masının məqsədəuyğun olduğu göstərilmişdir. Qan serumunda ferritinin təyini bu qrup xəstələtdə dinamik olaraq desferalın dozasının dəqiq seçilməsinə imkan verərək, onların qaraciyərinin və dalağının funksiyasının normal səviyyədə qalmasında böyül rol oynaya bilər.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2022-03-25

Necə istinad edilir

Əsgərova, T., Həsənzadə, N., & Qafarov, İ.A. (2022). TRANSFUZİON ASILILIĞI OLAN β-TALASSEMİYALI UŞAQ ORQANİZMİNİN DƏMİRLƏ YÜKLƏNMƏSİ ZAMANI QANDA FERRİTİNİN SƏVİYYƏSİ. Azərbaycan Tibb Jurnalı, (1), 32–37. https://doi.org/10.34921/amj.2022.1.005

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR