FİBROLAMELYAR HEPATOSELLULYAR KARSİNOMA
DOI
https://doi.org/10.34921/amj.2023.3.028Açar sözlər
fibrolamelyar hepatosellulyar karsinoma, histopatologiya, immunhistokimya, molekulyar patologiyaXülasə
Məqalədə müəlliflərin klinik şəraitdə müşahidə etdikləri fibrolamelyar hepatosellulyar karsinomalı (FL-HSK) xəstə haqqında məlumat və bu xəstəlik haqqında ədəbiyyat xülasəsi təqdim edilir. 37 yaşlı kişinin qaraciyərinin sağ payındakı kütlədən alınmış tru-cut biopsiya materialının patohistoloji müayinəsi zamanı lamelyar fibroz daxilində yerləşmiş şiş hüceyrələri aşkar edilmişdir. İmmunhistokimyəvi olaraq şiş hüceyrələri PanCK, sitokeratin 7, CD68, IX karboanhidraza və qlütamin sintetaza əks-cisimləri ilə pozitiv boyanmışdır. Vimentin ilə boyanmadığı halda, CD34 ilə sinusoidal kapilyarizasiya və CD10 ilə fokal kanalikulyar boyanma müəyyən edilmişdir. Xəstəyə FL-HSK diaqnozu qoyulmuş, sağ lobektomiya əməliyyatı icra olunmuş və çıxarılmış şişin patoloji müayinəsində ilk diaqnoz təsdiq edilmişdir.
Ədəbiyyat xülasəsində FL-HSK-nın epidemioloji, klinik, radioloji, patoloji, immunhistokimyəvi və molekulyar xüsusiyyətləri qeyd edilir. FL-HSK fərqli morfoloji və klinik xüsusiyyətləri ilə HSK-nın histoloji variantı hesab olunur. Qaraciyər rezeksiyasına uğramış FL-HSK-lı xəstələrdə hepatosellulyar karsinomanın qeyri-fibrolamelyar subtipi olan xəstələrlə müqayisədə 5-illik yaşama göstəriciləri əhəmiyyətli dərəcədə yüksəkdir. Müəlliflərin fikrincə, gələcək tədqiqatlarda FL-HSK-lı xəstələrdə qaraciyər rezeksiyası və qaraciyər transplantasiyasının effektivliyini müqayisə etmək çox vacibdir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2023 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


