DÖŞ QƏFƏSİNİN TRAVMASI VƏ ŞƏKƏRLİ DİABET ZAMANI SİÇOVULLARDA MİTOXONDRİAL VƏ MİKROSOMAL OKSİDLƏŞMƏ PROSESİNİN SƏVİYYƏSİ VƏ ONUN KORREKSİYASI

Авторы

  • O.P. Myalyuk “Rovno Tibb Akademiyası”
  • E.N. Demçuk “Rovno Tibb Akademiyası”
  • R.A. Sabadışin “Rovno Tibb Akademiyası”
  • V.İ. Babyak “Rovno Tibb Akademiyası”
  • E.V. Babyak “Rovno Tibb Akademiyası”
  • L.R. Korobko “Rovno Tibb Akademiyası”
  • Q.Q. Habor İ.Ya.Qorbaçevski ad. Ternopol Milli Tibb Universitetinin Funksional

DOI:

https://doi.org/10.34921/amj.2023.3.024

Ключевые слова:

döş qəfəsinin travması, şəkərli diabet, superoksid-anion radikalı, mitoxondrilər, emoksipin

Аннотация

Məqalədə eksperimental şəkərli diabetlə birgə döş qəfəsi travması modelləşdirilmiş siçovullarda emoksipinin-tətbiqinin mitoxondrial və mikrosomal mənşəli superoksid anionunun yaranma sürətini dəyişmək yolu ilə təsirini öyrənmək məqsədilə aparılmış tədqiqat haqqında məlumat verilmişdir.
Tədqiqat 3 qrupa bölünmüş cinsi xətti bəlli olmayan erkək ağ siçovul üzərində aparılmışdır. Kontrol qrupuna 5 siçovul daxil edilmişdir. Hər birində 10 siçovul olan ikinci və üçüncü qruplardakı heyvanlardan bir qrupunda (II qrup) şəkərli diabet və döş qəfəsi travması modelləşdirilmiş, digər (II qrupda) isə eyni model yaradılmış heyvanlarda emoksipin vasitəsilə korreksiya aparılmışdır. Müşahidələr modelləşmədən 1,14 və 28 gün sonra həyata keçirilmişdir.
Tədqiqat göstərmişdir ki, superoksid-anion radikalının səviyyəsinin artımı əsasən bu sərbəst radikalın mitoxondrilərlə daha artıq yaranması sayəsində baş verir və maksimal səviyyəyə eksperimentin 14-cü günündə çatır. Şəkərli diabet və travmalar zamanı mitoxondrilərdə olan disfunksiyanı məhz sərbəstradikallı oksidləşmənin aktivləşməsi ilə izah etmək olar. Qruplar arasındakı dəyişikliklərin müqayisəsi adı çəkilən patoloji hallar zamanı oksidativ stressı zəiflətmək üçün emoksipin tətbiqinin məqsədəuyğun olduğunu göstərir.

Downloads

Download data is not yet available.

Опубликован

2023-09-30

How to Cite

Myalyuk, O., Demçuk, E., Sabadışin, R., Babyak, V., Babyak, E., Korobko, L., & Habor, Q. (2023). DÖŞ QƏFƏSİNİN TRAVMASI VƏ ŞƏKƏRLİ DİABET ZAMANI SİÇOVULLARDA MİTOXONDRİAL VƏ MİKROSOMAL OKSİDLƏŞMƏ PROSESİNİN SƏVİYYƏSİ VƏ ONUN KORREKSİYASI. Azərbaycan Tibb Jurnalı, (3), 148–154. https://doi.org/10.34921/amj.2023.3.024

Выпуск

Раздел

EKSPERİMENTAL VƏ NƏZƏRİ TƏBABƏT