İDİOPATİK ARTERİAL HİPERTENZİYA FONUNDA İNKİŞAF EDƏN XRONİK BÖYRƏK XƏSTƏLİYİ ZAMANI BÖYRƏKLƏRİN İNTRAMURAL SİNİR APARATININ PATOMORFOLOGİYASI

Авторы

  • T.N. Mirzəyeva Azərbaycan Tibb Universitetinin
  • E.Ç. Əkbərov Azərbaycan Tibb Universitetinin
  • M.B. Əliyev Azərbaycan Tibb Universitetinin
  • K.C. Quliyeva Azərbaycan Tibb Universitetinin

DOI:

https://doi.org/10.34921/amj.2023.3.022

Ключевые слова:

idiopatik arterial hipertenziya, böyrəklər, intramural sinir aparatı

Аннотация

Hipertenziv nefropatiyası olan, terminal böyrək və ürək çatışmazlığından vəfat etmiş 8 (uyğun olaraq 5 və 3) xəstənin böyrək kələfindən götürülmüş toxuma tikələri klassik neyrohistoloji və histokimyəvi üsullarla tədqiq edilmişdir. Kontrol məqsədilə təsadüfi avtoqəza nəticəsində vəfat etmiş praktik sağlam 5 nəfərin seksion materialı müayinə edilmişdir. Histoloji müayinə üçün toxuma tikələri 12%-li neytral formalində fiksasiya edildikdən sonra hematoksillin və eozin, Van Gizon üsulu ilə pikrofuksinlə, Nissl üsulu ilə boyadılmış, Bilşovski-Qross üsulu ilə işlənilmişdir. Adrenergik strukturlar toxuma kəsiklərini 2%-li qlioksil məhlulunda inkubasiya etməklə, xolinergik elementlər Karnovski-Ruts üsulu ilə aşkarlanmışdır.
Müəyyən edilmişdir ki, idiopatik arterial hipertenziya fonunda inkişaf edən xronik böyrək xəstəliyi zamanı böyrəklərin intramural sinir aparatının struktur elementlərində degenerativ, atrofik dəyişikliklərlə yanaşı, pozulmuş sinir əlaqələrinin bərpasına doğru yönəlmiş uyğunlaşma-kompensasiya xarakterli proseslər də inkişaf edir. Aşkar edilmişdir ki, adrenergik və xolinergik sinir strukturlarında mediatorların qatılığı azalır; hipertenziv nefropatiya zamanı böyrəklərin sinir aparatının struktur elementlərinin reaktiv-kompensator dəyişiklikləri mediatorların qatılığının bərpası ilə müşayiət edilmir.

Downloads

Download data is not yet available.

Опубликован

2023-09-30

How to Cite

Mirzəyeva, T., Əkbərov, E., Əliyev, M., & Quliyeva, K. (2023). İDİOPATİK ARTERİAL HİPERTENZİYA FONUNDA İNKİŞAF EDƏN XRONİK BÖYRƏK XƏSTƏLİYİ ZAMANI BÖYRƏKLƏRİN İNTRAMURAL SİNİR APARATININ PATOMORFOLOGİYASI. Azərbaycan Tibb Jurnalı, (3), 137–141. https://doi.org/10.34921/amj.2023.3.022

Выпуск

Раздел

EKSPERİMENTAL VƏ NƏZƏRİ TƏBABƏT