ŞƏKƏRLİ DİABET FONUNDA AĞIRLAŞAN MÜXTƏLİF BÖYRƏK PATOLOGİYALARI ZAMANI QAN SERUMUNDA L-FABP VƏ KATELİSİDİN SƏVİYYƏSİ
DOI
https://doi.org/10.34921/amj.2023.3.011Açar sözlər
şəkərli diabet, diabetik qlomerulopatiya, L-FABP (liver fatty acid binding protein), katelisidin, xroniki böyrək çatışmazlığıXülasə
Məqalədə şəkərli diabet fonunda ağırlaşmış xronik böyrək çatışmazlığı zamanı qan serumunda L-FABP (liver fatty acid binding protein) və katelisidin zülallarının diaqnostik əhəmiyyətindən bəhs edən tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqatda 84 nəfər II tip şəkərli diabeti olan xəstənin və 17 praktik sağlam şəxsin (kontrol qrup) qan serumunda katelisidin və L-FABP qatılığının tədqiqindən alınmış nəticələr araşdırılmışdır. Şəkərli diabeti olan xəstələr (84 nəfər) qlomerulopatiya ilə ağırlaşmayan (n=28), qlomerulopatiyalı (n=28) və xronik böyrək çatışmazlığı ilə ağırlaşan (n=28) olmaqla 3 qrupa ayrılmışdır. Tədqiq edilən qruplarda qan serumunda katelisidinin səviyyəsi statistik fərqlənməmiş, L-FABP səviyyəsində hər üç diabetik qruplarda kontrolla müqayisədə statistik əhəmiyyətli artım müşahidə edilmişdir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2023 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


