ÜRƏYİN İŞEMİK XƏSTƏLİYİ ZAMANI TƏTBİQ EDİLƏN KARDİOREABİLİTASİYA TƏDBİRLƏRİNİN ENDOTELİN FUNKSİYASINA TƏSİRİ

Авторы

  • T.M. Musayeva Azərbaycan Tibb Universitetinin

DOI:

https://doi.org/10.34921/amj.2023.3.014

Ключевые слова:

endotel disfunksiyası, vazodilatasiya, kardioreabilitasiya

Аннотация

Məqalədə ürəyin işemik xəstəliyi zamanı kardioreabilitasiyanın damar endotelinin funksional vəziyyətinə təsiri haqqında məlumat verilir. Bu məqsədlə 87 xəstə tədqiq edilmiş, kardioreabilitasiyaya cəlb olunan 57 xəstə I qrupa, kardioreablitasiya keçməyən xəstələr II qrupa daxil edilmişdir. Hər iki qrupda tədqiqatın əvvəlində qanda En-1, NO təyin olunmuş, axın-əlaqəli dilatasiya ölçülmüşdür. Tədqiqatın nəticələri göstərmişdir ki, kardioreabilitasiya keçən I qrupda 10 həftəlik proqramdan sonra axın-əlaqəli dilatasiyanın əhəmiyyətli dərəcədə yüksəlməsi aşkarlanmışdır (p=0,013), halbuki II qrupda bu göstərici 11,2±0,19%-ə qədər yüksəlsə də, statistik əhəmiyyət kəsb etməmişdir (p=0,092). 10 həftəlik kardioreabilitasiya proqramı ürəyin işemik xəstəliyi zamanı xəstələrdə lipid mübadiləsini yaxşılaşdıraraq endotelin funksiyasının müsbətə doğru dəyişməsi ilə nəticələndi. Məşq terapiyası ürək-damar ağırlaşmalarının qarşısını almaq üçün təsirli bir klinik strategiya ola bilər.

Downloads

Download data is not yet available.

Опубликован

2023-09-30

How to Cite

Musayeva, T. (2023). ÜRƏYİN İŞEMİK XƏSTƏLİYİ ZAMANI TƏTBİQ EDİLƏN KARDİOREABİLİTASİYA TƏDBİRLƏRİNİN ENDOTELİN FUNKSİYASINA TƏSİRİ. Azərbaycan Tibb Jurnalı, (3), 86–89. https://doi.org/10.34921/amj.2023.3.014

Выпуск

Раздел

KLİNİK TƏDQİQATLAR