ARTERİAL HİPERTENZİYALI XƏSTƏLƏRDƏ β-FİBRİNOGEN G/A-455 GENİ POLİMORFİZMİNİN LİPİD MÜBADİLƏSİ GÖSTƏRİCİLƏRİ İLƏ ASSOSİASİYASI

Авторы

  • V.B. Nəzirova Xüsusi Müalicə Sağlamlıq Kompleksi
  • T.V. Mehdiyev Şəki Mərkəzi Rayon Xəstəxanası
  • F.Ə. Quliyev Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun

DOI:

https://doi.org/10.34921/amj.2023.3.012

Ключевые слова:

arterial hipertenziya, fibronogen geni

Аннотация

Məqalədə arterial hipertenziyası (AH) olan xəstələrdə β-fibrinogen G/A-455 geninin polimorfizminin və onun lipid parametrləri ilə əlaqəsinin öyrənilməsinə dair tədqiqatın nəticələri təqdim edilmişdir. Tədqiqata 100 xəstə daxil edilmişdir. Hər bir pasiyentdə antropometrik parametrlər, qanın ümumi analizi, lipid profili, qanda şəkərin səviyyəsi və/və ya HbA1C, fibrinogen geni tədqiq edilib, elektrokardioqrafiya və exokardioqrafiya müayinləri aparılıb. Tədqiq edilən AH olan (I qrup), AH və ürəyin işemik xəstəliyi (ÜİX) olan (II qrup), AH, ÜİX və 2-ci tip şəkərli diabeti olan (III qrup) və kontrol qrup pasiyentlərdə FGB G (-455) A geninin G/G homozigot genotipinin üstünlüyü qeyd edilmişdir. Hipertenziyalı xəstələrdə kontrol qrupu ilə müqayisədə ümumi xolesterin (ÜXS), triqliserinlər (TQ), çox aşağı sıxlıqlı lipoproteinlər (ÇASLP), aşağı sıxlıqlı lipoproteinlər (ASLP), aterogenlik indeksi səviyyələrinin artımı və yuxarı sıxlıqlı lipoproteinlərin (YSLP)-də azalması müşahidə edilmişdir (p>0,05). Xolesterin metabolizminin pozulmasını əks etdirən yüksək aterogenlik indeksi AH qrupunda olan pasiyentlərin 55,2%-də aşkar edilmişdir. Əldə etdiyimiz nəticələrə görə, AH olan pasiyentlərin 51,7%-nə hipertriqliserinemiya diaqnozu qoyulmuşdur. Lipid parametrləri və FGB gen genotip variantları arasında statistik əhəmiyyətli əlaqə aşkar olunmadı.

Downloads

Download data is not yet available.

Опубликован

2023-09-30

How to Cite

Nəzirova, V., Mehdiyev, . T., & Quliyev, . F. (2023). ARTERİAL HİPERTENZİYALI XƏSTƏLƏRDƏ β-FİBRİNOGEN G/A-455 GENİ POLİMORFİZMİNİN LİPİD MÜBADİLƏSİ GÖSTƏRİCİLƏRİ İLƏ ASSOSİASİYASI. Azərbaycan Tibb Jurnalı, (3), 75–80. https://doi.org/10.34921/amj.2023.3.012

Выпуск

Раздел

KLİNİK TƏDQİQATLAR