UŞAQLARDA DİŞ SIRASININ II SİNİF SAGİTTAL ANOMALİYALARININ YARANMASININ ETİOLOJİ FAKTORLARI
DOI
https://doi.org/10.34921/amj.2023.3.010Açar sözlər
II sinif sagittal anomaliyalar, etiolojı faktor, klinika, diaqnostikaXülasə
Məqalədə uşaqlarda diş sırasının II sinif sagittal anomaliyalarının əmələ gəlməsinə səbəb olan etioloji faktorlar, erkən diaqnostika və klinikası haqqında məlumat verilir. Bu məqsədlə aparılmış tədqiqata 4-13 yaşlarında 60 uşaq cəlb edilmişdir. Pasientlərin klinik müayinəsindən əlavə antropometrik, rentgenoloji və fotometrik müayinə metodlarından istifadə edilmişdir. II sinif sagittal anomaliyalı 60 pasient yaş dövrünə qörə 2 qrupa bölünmüşdür: I qrup – yaşı 4-dən 6-ya qədər olan 30 uşaq, II qrup – yaşı 6-dan 13-ə qədər olan 13 uşaq. Müayinədən kecmiş I qrup pasientlərdə uşaq xəstəliklərindən – raxit, süd dişlərinin erkən itirilməsi, kariyes, zərərli vərdişlər (barmaq və ya dodaq sorma), LOR-xəstəlikləri və s. aşkar edilib. Halbuki II qrup pasientlərdə dişlərin müxtəlif tip anomal yerləşməsi, parodont xəstəlikləri, diş sırasının anomaliyaları və s. aşkar edilib. Bütün bu göstəricilər müayinə olunan xəstələrin məlumat bazasında qeyd edilən II sinif sagital anomaliyalarin erkən formalaşmasını göstərir.
Odur ki, dizokklüziyanın səbəblərinin vaxtında aradan qaldırılması bu anomaliyanın profilaktikasına, müalicəsinə və davamlı nəticələrin əldə edilməsinə şərait yaradır.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2023 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


