XRONİK XORALARIN VAKUUM-TERAPİYA ÜSULU İLƏ MÜALİCƏSİNİN KLİNİK-İMMUNOLOJİ ASPEKTLƏRİ

Müəlliflər

  • İ.V. Korpusenko Dnepr Dövlət Tibb Universiteti
  • N.N. Nor Dnepr Dövlət Tibb Universiteti
  • V.P. Krışen Dnepr Dövlət Tibb Universiteti
  • N.V. Trofimov Dnepr Dövlət Tibb Universiteti
  • B.E. Kudryavtseva Dnepryanı Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
  • B.V. Quzenko Dnepr Dövlət Tibb Universiteti
  • A.N. Makarenko Regionlararası Şəxsiyyətin İdarə Edilməsi Akademiyası
  • A.N. Kiriçenko Ukrayna Dövlət Kimya-Texnologiya Universiteti

DOI

https://doi.org/10.34921/amj.2023.3.008

Açar sözlər

xronik yara, VAC-terapiya, cərrahi müalicə, immun system

Xülasə

Məqalədə aşağı ətrafların xronik xoralarının müalicəsindən alınan effektivliyin vakuum-terapiya (VAK-terapiya), cərrahi müalicə və hialuron turşusu preparatlarını özündə birləşdirən kompleks müalicə vasitəsilə artırılması məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir.
Aşağı ətraflarında xronik xoralar olan 52 xəstə tədqiq edilib. Xəstələrin əksəriyyəti (48 nəfər) qadın, yaşı 45-lə 75 arasında idi. Müalicənin effektivliyi xoraların klinik sağalma əlamətlərinə, mikrobioloji tədqiqatın nəticələrinə və immunoloji göstəricilərinə görə qiymətləndirilmişdir. Bütün xəstələrdə yaraların tam sağalmasına nail olunmuşdur. Xəstələrdən 67%-də köçürülmüş autodermotransplantat həyat qabiliyyətini davam etdirmişdir. 28% xəstədə ilkin transplantat hissəvi lizisə uğradığına görə, təkrar operasiyaya ehtiyac yaranmışdır. 3% xəstədə isə yara operativ müdaxilə olmadan sağalmışdır.
Beləliklə, xronik xoraların müalicəsinə müasir kompleks yanaşma problemi radikal şəkildə həll etməyə imkan verir. Buna T-helper hüceyrələrinin adekvat artımı fonunda immunitetin B-hüceyrə bölümünün azalması, T- və B-hüceyrə bölümləri arasında müvazinət halının bərpası ilə birgə dövr edən immun komplekslərin səviyyəsinin normallaşması sübut edir.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2023-09-30

Necə istinad edilir

Korpusenko, İ.V., Nor, N., Krışen, V., Trofimov, N., Kudryavtseva, B., Quzenko, B., … Kiriçenko, A. (2023). XRONİK XORALARIN VAKUUM-TERAPİYA ÜSULU İLƏ MÜALİCƏSİNİN KLİNİK-İMMUNOLOJİ ASPEKTLƏRİ. Azərbaycan Tibb Jurnalı, (3), 51–57. https://doi.org/10.34921/amj.2023.3.008

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR