TAM ÇIXARILAN LÖVHƏLİ PROTEZLƏRİN FUNKSİONALLIĞININ MÜQAYİSƏLİ QİYMƏTLƏNDİRİLMƏSİ

Müəlliflər

  • Y.İ. Bayramov Azərbaycan Tibb Universitetinin

DOI

https://doi.org/10.34921/amj.2023.3.003

Açar sözlər

ikincili tam adentiya, tam çıxarılan lövhəli protez, ortopedik müalicə, protezin funksionallığı

Xülasə

Məqalədə ikincili tam adentiyanın ənənəvi və təkmilləşdirimiş üsullarla ortopedik müalicəsi zamanı hazırlanmış tam çıxarılan lövhəli protezlərin funksionallığının adaptasiya dövründə müqayisəli qiymətləndirilməsi məqsədilə aparılmış tədqiqatın nəticələri əks etdirilmişdir.
Tədqiqata ikincili tam adentiyanın tam çıxarılan lövhəli protezlə ortopedik müalicəsi üçün müraciət etmiş 45-59 yaş arasında 106 (50,2%) kişi, 105 (49,8%) qadın olmaqla 211 pasiyent cəlb edilmişdir. Hazırlanmış protezlərin funksionallığı iki qrupda öyrənilmişdir. Kontrol qrupda tam çıxarılan lövhəli protez məlum ənənəvi üsulla, əsas qrupda isə təkmilləşdirilmiş üsulla hazırlanmışdır. Ənənəvi və təkmilləşdirilmiş üsulla hazırlanmış tam çıxarılan lövhəli protezlərin adaptasiya dövründə funksionallığının qiymətləndirilməsində M.D.Korolun klinik meyarından istifadə edilmişdir. Adaptasiyanın 7-33-cü günündə əsas qrup yarımqruplarının heç birində üst və alt protezlərdə korreksiya aparılmasına ehtiyac olmamış, protezin funksionallığı əla qiymətləndirilmişdir.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2023-09-30

Necə istinad edilir

Bayramov , Y. (2023). TAM ÇIXARILAN LÖVHƏLİ PROTEZLƏRİN FUNKSİONALLIĞININ MÜQAYİSƏLİ QİYMƏTLƏNDİRİLMƏSİ. Azərbaycan Tibb Jurnalı, (3), 15–22. https://doi.org/10.34921/amj.2023.3.003

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR