İŞEMİK İNSULT KEÇİRƏN XƏSTƏLƏRDƏ BEYİN HEMODİNAMİKASININ QİYMƏTLƏNDİRİLMƏSİ

Müəlliflər

  • R.Ya. Abdullayev Xarkov Diplomdansonrakı Tibb Akademiyasının Ultrasəs müayinəsi kafedrası
  • F.İ. Kulikova Dnipro Dövlət Tibb Universiteti
  • M.N. Tkaçenko A.A.Boqomolets adına Milli Tibb Universiteti
  • S.V. Abramov Dnepr Ənənəvi və Qeyri-Ənənəvi Təbabət İnstitutu
  • K.N. İbrahimova Xarkov Diplomdansonrakı Tibb Akademiyası
  • A.G. Kirichenko Dnepr Ənənəvi və Qeyri-Ənənəvi Təbabət İnstitutu
  • N.V. Tomax Dnepr Ənənəvi və Qeyri-Ənənəvi Təbabət İnstitutu
  • S.F. Aqarkov Dnepr Ənənəvi və Qeyri-Ənənəvi Təbabət İnstitutu

DOI

https://doi.org/10.34921/amj.2022.1.001

Açar sözlər

ultrasəs müayinəsi, doppleroqrafiya, işemik insult, beyin hemodinamikası

Xülasə

Məqalədə işemik insult (II) olan 91 xəstədə beyin hemodinamikasının qiymətləndirilməsi üçün transkranial Doppleroqrafiyanın nəticələri haqqında məlumatlar təqdim olunur. Orta beyin arteriyasında (OBA) zədələnmiş tərəfdə və əks tərəfdə, həmçinin beynin iri venalarında qan axınının kəmiyyət parametrləri müəyyən edilmişdir. Əldə edilən nəticələr heç bir damar patologiyası olmayan müqayisə qrupu (MG) şəxslərinin məlumatları ilə müqayisə edilmişdir. Müəyyən edilmişdir ki, zədələnmiş tərəfdə II olan xəstələrin 83,5%-də sistolik qan axınının sürəti (Vs) 54,9±6,1 sm/s-dək azalmışdır ki, bu da qarşı tərəfə (102,6±7,3 sm/s) nisbətən əhəmiyyətli dərəcədə (p<0,001) aşağıdır.

İşemik insult zamanı beynin arterial və venoz qan axını arasında mütənasiblik  pozulur.  II-də beynin əsas damarları müqayisə qrupundakına nisbətən əhəmiyyətli dərəcədə (p<0,05) sürətlə vizualizasiyaya uğrayır. Bundan əlavə, beynin əsas venalarında (Galen və Rosenthal venasında, beynin orta venasında və birbaşa sinusda) sistolik qan axınının sürəti müqayisə qrupundakından əhəmiyyətli dərəcədə (p<0,05) yüksək olmuşdur.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2022-03-25

Necə istinad edilir

Abdullayev, R., Kulikova, F., Tkaçenko, M., Abramov, S., İbrahimova, K., Kirichenko, A., … Aqarkov, S. (2022). İŞEMİK İNSULT KEÇİRƏN XƏSTƏLƏRDƏ BEYİN HEMODİNAMİKASININ QİYMƏTLƏNDİRİLMƏSİ. Azərbaycan Tibb Jurnalı, (1), 5–10. https://doi.org/10.34921/amj.2022.1.001

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR