UŞAQLARDA ATOPİK DERMATİTİN İNKİŞAFININ PROQNOZLAŞDIRILMASINDA İMMUNOLOJİ MARKERLƏRİN ƏHƏMİYYƏTİ

Müəlliflər

  • N.N. Hacıyeva Azərbaycan Tibb Universitetinin II uşaq xəstəlikləri kafedrası

DOI

https://doi.org/10.34921/amj.2021.4.003

Açar sözlər

atopik dermatit, allergiya, CD31, IgG1, H4R

Xülasə

Məqalədə şərhi verilmiş tədqiqat işi allergik xəstəliklərin formalaşmasında immunoloji mexanizmlərin vacib struktur komponentləri hesab edilən molekulyar markerlərin – CD31, H4R və IgG1-nin proqnostik əhəmiyyətinin öyrənilməsinə həsr edilmişdir. Tədqiqat işinə hestasiya yaşı 34- 42 həftə olan 528 yenidoğulmuş uşaq cəlb edilmişdir. Yenidoğulmuşlar vaxtında və vaxtından əvvəl doğulanlar olmaqla 2 qrupa və hər 2 qrup öz növbəsində kontrol, müqayisə və əsas yarımqruplara bölünmüşdür. Yenidoğulmuşlarda erkən neonatal dövrdə öyrənilən T hüceyrə homeostazının requlyasiyasında iştirak edən CD31 reseptorunun səviyyəsinin 40,8±6,4 pq/ml-ə qədər artmasının (p<0,05) atopik dermatitin formalaşmasında prediktor rolu təsdiqləmişdir. IgG1-in qatılığının 122,0±30,8 nq/ml-ə qədər yüksəlməsi atopik dermatitin ağırlıq dərəcəsinə təsir edərək humoral immunoloji cavabda dəyişikliklərlə səciyyələnmişdir (p<0,05)

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2022-03-04

Necə istinad edilir

Hacıyeva, N. (2022). UŞAQLARDA ATOPİK DERMATİTİN İNKİŞAFININ PROQNOZLAŞDIRILMASINDA İMMUNOLOJİ MARKERLƏRİN ƏHƏMİYYƏTİ. Azərbaycan Tibb Jurnalı, (4), 19–25. https://doi.org/10.34921/amj.2021.4.003

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR