ENDOMETRİUM PATOLOGİYALARININ SONOQRAFİK GÖSTƏRİCİLƏRİNİN MÜASİR MEYARLARI

Müəlliflər

  • L.Z. Məmmədli Azərbaycan Tibb Universitetinin

DOI

https://doi.org/10.34921/amj.2023.2.013

Açar sözlər

premenopauza, postmenopauza, endometrium

Xülasə

Məqalədə endometrium patologiyalarının sonoqrafik əlamətlərini öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqata yaşı 40-dan 65-ə qədər olan 113 qadın daxil edilmişdir. Müayinə olunan pasiyentlərdən 78 (69,0%) qadın premenopauzal (1-ci qrup), 35 (31,0%) qadın postmenopauzal dövrdə (2-ci qrup) olmuşdur. Pasiyentlərin əsas şikayəti müxtəlif intensivliyə və davametmə müddətinə malik olan anormal uşaqlıq qanaxması idi. Bütün pasiyentlər çanaq orqanlarının ultrasəs müayinəsi də daxil olmaqla kompleks müayinələrdən keçirildi. Uşaqlığın selikli qişası beynəlxalq endometrium şiş analizi qrupu (International Endometrial Tumor Analysis Group - IETA) tərəfindən qəbul olunan meyarlara əsasən qiymətləndirildi: endometrium polipi 47 (41,6%), uşaqlıq mioması 67 (59,3%), adenomioz əlamətləri 26 (23,0%) pasiyentdə aşkar edilmişdir. Endometrium patologiyalarının diaqnostikasında ultrasəs müayinəsinin həssaslığı 72,1%, spesifikliyi isə 87,8% təşkil etmişdir. Tədqiqatın nəticələri göstərmişdir ki, ultrasəs müayinəsi zamanı endometriumun tək qalınlığının yox, eyni zamanda strukturunda olan dəyişikliklərin diaqnostik qiymətləndirilmədə əhəmiyyəti vardır. Uşaqlıqdaxili patologiyaların aktiv aşkarlanması üçün pre- və postmenopauzal yaşda olan bütün pasiyentlər skrininq ultrasəs müayinəsindən keçməlidirlər.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2023-05-10

Necə istinad edilir

Məmmədli , L. (2023). ENDOMETRİUM PATOLOGİYALARININ SONOQRAFİK GÖSTƏRİCİLƏRİNİN MÜASİR MEYARLARI . Azərbaycan Tibb Jurnalı, (2), 87–91. https://doi.org/10.34921/amj.2023.2.013

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR