TAM ÇIXARILAN LÖVHƏLİ PROTEZLƏ ORTOPEDİK MÜALİCƏNİN HƏYAT KEYFİYYƏTİ MEYARLARINA TƏSİRİ
DOI
https://doi.org/10.34921/amj.2023.2.006Açar sözlər
ikincili tam adentiya, tam çıxarılan lövhəli protez, ortopedik müalicə, həyat keyfiyyətiXülasə
Məqalədə ikincili tam adentiyanın ənənəvi üsulla hazırlanan tam çıxarılan lövhəli protezlərlə ortopedik müalicəsinin pasiyentin həyat keyfiyyəti meyarlarına təsirini aydınlaşdırmaq məqsədilə aparılmış tədqiqatın nəticələri əks etdirilmişdir. Tədqiqata ikincili tam adentiyanın tam çıxarılan lövhəli protezlərlə ortopedik müalicəsi üçün yaşı 45-90 arasında olan 405 pasiyent [206 (50,9%) kişi, 199 (49,1%) qadın] cəlb edilmişdir. Həyat keyfiyyəti meyarları subyektiv özünüqiymətləndirmə olan 4 neqativ ifadəli sualdan ibarət OHİP-14-Ru sorğu anketindən istifadə edilməklə, ortopedik müalicədən əvvəl və 33 gün sonra aydınlaşdırılmışdır. OHİP14-Ru anketındə pasiyentin qidalanma problemini əks etdirən ilk beş sual müalicədən əvvəl 3,2 bal, 33 gün sonra isə 2,4 bal olmuşdur. OHİP-14 Ru anketındə pasiyentin ünsiyyət problemini əks etdirən 6-10-cu suallar müalicədən əvvəl 3,7 bal, 33 gün sonra isə 2,64 bal səviyyəsində olmuşdur. OHİP-14-Ru anketındə 11-14-cü suallar pasiyentin gündəlik həyat problemini əks etdirir və onlara verilən cavablar müalicədən əvvəl 2,6 bal, 33 gün sonra isə 1,7 bal qiymətləndirilmişdir. Stomatoloji status göstəricilərinin pisləşməsi ümumi balın artması ilə xarakterizə olunur ki, bu da pasiyentin həyat keyfiyyətinə mənfi təsir edir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2023 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


