XRONİK B VİRUS HEPATİTİ OLAN XƏSTƏLƏRİN İMMUNOLOJİ GÖSTƏRİCİLƏRİNİN KORREKSİYASINA DAİR

Müəlliflər

  • V.N. Cavadzadə Azərbaycan Tibb Universitetinin

DOI

https://doi.org/10.34921/amj.2023.2.007

Açar sözlər

xronik hepatit, qaraciyər sirrozu, hepatosellülyar karsinoma

Xülasə

Məqalədə xronik B virus hepatiti olan (BVH) xəstələrin immunoloji göstəricilərinin dəyişmələri və bu dəyişikliklərin immunomodulyator qrupuna daxil olan Kroven preparatı ilə korreksiyası haqqında məlumat verilmişdir. B virus hepatiti aşkar edilən 22 xəstənin immunoloji göstəriciləri müalicədən əvvəl və sonra öyrənilmişdir. Qanda T, B-limfositlər və immunoqlobulinlərin (İgA, İgM və İgG) qatılığı müalicədən əvvəl əhəmiyyətli səviyyədə aşağıda olmuşdur ki, bu da patoloji prosesin xronikləşməsinə yol açan ciddi səbəblərdən biri hesab edilir. B virus hepatiti aşkar edilən xəstələrinin kompleks müalicəsində immunomodulyatorun tətbiqi (kroven 5%-50,0)zamanı immunoloji göstəricilərin bərpası ilə yanaşı, ikincili bakterial mikroflora ilə ağırlaşmaların qarşısının alındığı müşahidə edilmişdir. Yalnız 4 xəstədə (18,1%) virus yükü yuxarı səviyyədə (˃1,2 x 108 cop/ml) olduğu üçün antiviral preparatlar qrupuna daxil olan Vikure – 1 mq (Entecavir) preparatı təyin edilib. Digər xəstələrə antiviral preparat təyin edilməsə də, immunoloji göstəricilər müalicədən sonra normadan yüksək olmuşdur. İmmunoloji göstəricilərin (T, B-limfositlər, İgA, İgM və İgG), norma daxilində olması xəstələrin kliniklaborator göstəricilərinin bərpasına kömək edir.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2023-05-10

Necə istinad edilir

Cavadzadə , V. (2023). XRONİK B VİRUS HEPATİTİ OLAN XƏSTƏLƏRİN İMMUNOLOJİ GÖSTƏRİCİLƏRİNİN KORREKSİYASINA DAİR . Azərbaycan Tibb Jurnalı, (2), 50–54. https://doi.org/10.34921/amj.2023.2.007

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR