AZKÜTLƏLİ YENİDOĞULMUŞLARDA KƏSKİN BÖYRƏK ZƏDƏLƏNMƏLƏRİNİN DİAQNOSTİKASINDA YENİ MARKERLƏRİN ƏHƏMİYYƏTİ

Авторы

  • А.А. Axundova Azərbaycan Tibb Universitetinin
  • R.O. Bəylərov Azerbaijan Medical University
  • S.Ş. Həsənov Azerbaijan Medical University

DOI:

https://doi.org/10.34921/amj.2023.2.004

Ключевые слова:

KIM-1, NGAL, kreatinin, azkütləli yenidoğulmuşlar, işemik nefropatiya

Аннотация

Məqalədə böyrək zədələnməsinin biomarkerləri olan KIM-1 (Kidney Injury Molecule) və NGAL (neutrophil gelatinase-assosiated lipocalin) molekullarının səviyyələrini öyrənmək, müxtəlif dərəcəli işemik nefropatiyası (İN) olan azkütləli yenidoğulmuşlarda həm biomarkerlərin, həm də qan plazmasında kreatininin səviyyəsi və böyrək arteriyası rezistentliyinin sensitivliyini və spesifikliyini aydınlaşdırmaq məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Bu məqsədlə 150 yenidoğulmuşun qan və sidik nümunələri analiz edilmişdir. Bunlardan işemik nefropatiyası (İN) olan 72 uşaq əsas qrupu (36 uşaq 1- ci dərəcəli İN ilə 1A y/qr, 20 uşaq 2-ci dərəcəli İN ilə 1B y/qr və 16 uşaq 3-cü dərəcəli İN ilə 1C y/qr) və 50 uşaq isə kontrol qrupu təşkil etmişdir. Tədqiqat nəticəsində məlum olmuşdur ki, qanda kreatinin qatılığı 1 A yarımqrupda kontrol qrupla müqayisədə bətndənkənar həyatın 7-10-cu sutkasında statistik etibarlı (p<0,05) artır. Lakin sensitivlik (Sn) və spesikliyi (Sp ) isə həm 1-3 sutkada, həm də dinamikada əsas qrupun digər yarımqrupundakı yenidoğulmuşlardakına nisbətən daha aşağı olmuşdur. 2 və 3-cü dərəcəli İN olan qrupda isə Sn və Sp daha yüksək və statistik etibarlı olmuşdur. Bu da yenidoğulmuşların qanında kreatinin səviyyəsinin yalnız ağır dərəcəli işemik nefropatiyanın diaqnostikasında əhəmiyyətli olduğunu, lakin yüngül zədələnmələr zamanı proqnostik və diaqnostik əhəmiyyət daşımadığını göstərir. Kreatinindən fərqli olaraq KIM-1 və NGAL-ın kontrol qrupla müqayisədə əsas qrupun hər 3 yarımqrupda artması (p<0,05) bu markerləri yenidoğulmuşların İN-nın diaqnostikasında etibarlı və yüksək diaqnostik markerə çevirir. Həmçinin, bu markerlərin AUC göstəricisinin 0,5-dən az olması onların yüksək proqnostik əhəmiyyətini əks etdirir.

Downloads

Download data is not yet available.

Опубликован

2023-05-10

How to Cite

Axundova А., Bəylərov, R., & Həsənov, S. (2023). AZKÜTLƏLİ YENİDOĞULMUŞLARDA KƏSKİN BÖYRƏK ZƏDƏLƏNMƏLƏRİNİN DİAQNOSTİKASINDA YENİ MARKERLƏRİN ƏHƏMİYYƏTİ. Azərbaycan Tibb Jurnalı, (2), 28–36. https://doi.org/10.34921/amj.2023.2.004

Выпуск

Раздел

KLİNİK TƏDQİQATLAR