TÜND ÇAY VƏ KOFENİNİN GƏNC KİŞLƏRİN QANINDA KORTİZOLUN VƏ ERQOGEN AMİLLƏRİNİN QATILIĞINA TƏSİRİ
DOI
https://doi.org/10.34921/amj.2022.4.025%20Açar sözlər
alkaloidlər, erqogen amillər, qlükoza, çay, kofe, kortizolXülasə
Məqalədə çay və kofenin sağlam gənc kişilərin qanında testosteron, kortizol, adrenalinin, habelə erqogen amillərin, yəni sərbəst piy turşularının və qlükozanın qatılığına təsirini öyrənmək məqsədilə aparılmış tədqiqat işinin nəticələri şərh edilmişdir. Tədqiqat acqarına tünd çay və ya kofe qəbul edən 19 sağlam könüllü gənc kişinin qanında baş verən dəyişiklikləri analiz etməklə aparılmışdır. Bir stəkan tünd çay qəbul edənlər növbəti analizlərin nəticələrinə görə iki qrupa bölünüb: birinci qrupa çay içdikdən sonra qanda kortizolun səviyyəsi artanlar, ikinci qrupa isə çaydan sonra kortizolun səviyyəsi azalanlar daxil edilmişdir. Üçüncü qrup, təzə üyüdülmüş və dəmlənmiş tünd dəmli kofe qəbul edən şəxslərdən ibarət idi. Hormonal panel olaraq kortizol, adrenalin və testosteronun səviyyələri təyin edildi. Erqogen amillərin hormonal dəyişikliklərə cavabını qiymətləndirmək üçün qanda paralel olaraq qlükoza və sərbəst piy turşularının səviyyəsi yoxlanıldı. Aparılan tədqiqat göstərdi ki, kofe hətta istirahət vəziyyətində belə kortizolu əhəmiyyətli dərəcədə azaldır, lakin çay bu baxımdan fərqli effektə malikdir. Yəni tədqiqata cəlb edilən şəxslərin bir qrupunda çayın təsirindən kortizolun səviyyəsi artır, digər qrupda isə azalır.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2022 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


