ÖZBƏK POPULYASİYASINDAN OLAN UŞAQLARDA İNSULTUN KLİNİK VƏ GENETİK XÜSUSİYYƏTLƏRİ

Авторы

  • Ş.X. Saidazizova Tibb işçilərinin Peşə Kamilliyinin İnkişafı Mərkəzi

DOI:

https://doi.org/10.34921/amj.2022.4.019%20

Ключевые слова:

işemik insult, hemorragik insult, hemorraqiyaya transformasiya edən işemik insult, genetik polimorfizm

Аннотация

Məqalədə insultun müxtəlif tipləri olan uşaqlarda aparılmış klinik və genetik tədqiqatın nəticələri təqdim edilmişdir. Tədqiqata cəlb edilən 200 uşaqdan 103 nəfəri (yaşı 0-dan 18-ə qədər olan 72 oğlan və 31 qız) insultun müxtəlif tiplərini keçirənlər olmuş, kontrol qrupunu isə 97 nəfər şərti sağlam uşaq (68 oğlan, 29 qız) təşkil etmişdir. Beyin qan dövranının kəskin pozulması olan 103 xəstə uşaq diaqnozun tipindən asılı olaraq 3 qrupa bölünmüşdür: işemik insult (İİ) – 48 uşaq, hemorragik insult (Hİ) – 36 uşaq və hemorragik transformasiya (HT) – 19 uşaq. Tədqiqatdan alınan nəticələr göstərmişdir ki, xəstəlik keçirmiş uşaqlarda PAI-1 (4G(-675)5G/4G FII 20210G/A və FV 1691 G/A genlərinin polimorfizmində statistik əhəmiyyətli fərq yoxdur. Lakin 4G allelinin və 4G/5G geninin PAİ-1 genotipinin, həmçinin VEgГ (g634 C) geninin g allelinin toplanmasına meyl müşahidə edilmişdir. MTHFR geninin polimorfizminə gəldikdə isə, alınmış nəticələr bu genin T alleninin daşıyırcılığı ilə uşaq yaşlarında insulta məruzqalma arasında aydın ifadəli əlaqə müşahidə edilir.

Downloads

Download data is not yet available.

Опубликован

2022-12-15

How to Cite

Saidazizova , Ş.X. . (2022). ÖZBƏK POPULYASİYASINDAN OLAN UŞAQLARDA İNSULTUN KLİNİK VƏ GENETİK XÜSUSİYYƏTLƏRİ. Azərbaycan Tibb Jurnalı, (4), 121–127. https://doi.org/10.34921/amj.2022.4.019

Выпуск

Раздел

KLİNİK TƏDQİQATLAR