HERPESVİRUS ETİOLOGİYALI İNFEKSİON MONONUKLEOZUN DİFERENSİAL DİAQNOSTİKASININ TƏKMİLLƏŞDİRİLMƏSİNƏ DAİR

Авторы

  • Ye.B. Kasımova Rusiya Səhiyyə Nazirliyinin Astraxan Dövlət Tibb Universiteti
  • O.A. Başkina Rusiya Səhiyyə Nazirliyinin Astraxan Dövlət Tibb Universiteti
  • P.O. Bəylərov Azərbaycan Tibb Universiteti

DOI:

https://doi.org/10.34921/amj.2022.4.014%20

Ключевые слова:

herpes virusları, infeksion mononukleoz, Epşteyn-Barr virusu, sitomeqalovirus

Аннотация

Məqalədə IV və V tip herpesvirusların təsirindən törənən infeksion mononukleoz zamanı xəstələrdə aparılan klinik-laborator analizlərin nəticələrinin müqayisəli təhlili şərh edilmişdir. Tədqiqata yaşı 1-dən 15-ə qədər olan uşaqlar cəlb edilmişdir. Xəstələrin diaqnozunun qoyulması üçün qan serumunda, ağız suyunda və sidikdə törədicilərin DNT-sinin identifikasiyası məqsədilə zəncirşəkilli polimeraza reaksiyası tətbiq edilmişdir. İmmun-ferment analizi üsulu ilə IV və V tip herpesvirus antigenləri əleyhinə İgM və İgG sinfindən olan spesifik anticisimciklər təyin edilmişdir. Tədqiqat göstərmişdir ki, IV tip herpesviruslarla infeksiyalaşmış xəstələrdə və Epşteyn-Barr virusu ilə eyni vaxtda sitomeqalovirusla infeksiyalaşan pasiyentlərdə limfoproliferativ sindrom, qızdırma, əsnəyin ekssudatlaşması ilə keçən angina daha aydın təzahür edir, və heterofil anticisimlərə görə aparılan test daha çox hallarda müsbət (müvafiq olaraq 57,9 % və 50 %) nəticə verir. Sitomeqalovirus etiologiyalı infeksion mononukleozun klinik təzahürləri daha mülayim qızdırma reaksiyası ilə, limfoproliferativ sindromla, kataral, tontillitlə təzahür edir və bu zaman heterofil anticisimciklər testinin müsbət olması müşahidə edilmir.

Downloads

Download data is not yet available.

Опубликован

2022-12-15

How to Cite

Kasımova , Y., Başkina , O., & Bəylərov , P. (2022). HERPESVİRUS ETİOLOGİYALI İNFEKSİON MONONUKLEOZUN DİFERENSİAL DİAQNOSTİKASININ TƏKMİLLƏŞDİRİLMƏSİNƏ DAİR . Azərbaycan Tibb Jurnalı, (4), 89–93. https://doi.org/10.34921/amj.2022.4.014

Выпуск

Раздел

KLİNİK TƏDQİQATLAR