SONSUZ QADINLARDA EKSTRAKORPORAL MAYALANMA ZAMANI YUMURTAQLIQLARIN HİPERSTİMULYASİYASI SİNDROMUNUN YARANMA EHTİMALININ PROQNOZLAŞDIRILMASI

Авторы

  • М.К. İsmayılova Mərkəzi Klinika

DOI:

https://doi.org/10.34921/amj.2022.4.012

Ключевые слова:

ekstrakorporal mayalanma, sonsuzluq, yumurtalıqların hiperstimulyasiyası sindromu, yumurtalıqların polikistozu, logistik reqressiya

Аннотация

Məqalədə sonsuz qadınlarda yumurtalıqların hiperstimulyasiya sindromunun əmələ gəlməsinin proqnozlaşdırılması üçün optimal modelin işlənib hazırlanması məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. EKM müalicəsi alan qadınlar ovulyasiya stimulyasiyasının aparılması zamanı ağırlaşma törənməsindən asılı olaraq iki yarımqrupa bölünmüşdür: I yarımqrupa yumurtalıqların hiperstimulyasiya sindromu olan 55 nəfər, II yarımqrupa isə yumurtalıq hiperstimulyasiyası qeyd edilməyən 69 qadın daxil edilmişdir. EKM nəticələrinə və onun ağırlaşmalarına (YHS olması) təsir göstərən amillər statistika 10 (ABŞ) proqramında loqistik reqressiyon analizin köməyi ilə tədqiq edilmişdir. Asılı olan kəmiyyət binar olduqda hə/yox (vardır/yoxdur) kimi dəyərlər götürülür, məsələn: EKM-in nəticəsi müsbətdir və ya EKM-in nəticəsi mənfidir) loqistik reqressiyadan istifadə edilmiş, öyrənilən əlamətlərin təsiri altında bu iki ifadədən birini qəbul etmək ehtimalı qiymətləndirilmişdir. Bu ehtimalın loqiti – təbii loqarifm “müsbət effekt” (p) ehtimalının “mənfi effekt” (1p) ehtimalına olan nisbətidir. Tədqiqat göstərmişdir ki, sonsuz qadınlarda EKM prosedurunun aparılması zamanı YHS-nin inkişaf etməsinin əsas prediktorları bunlardır: yaş, BKİ, yumurtalıqların antral follikullarının sayı, polikistoz yumurtalıqlar sindromu və ya polikistoz yumurtalıqlar və AMH. Sonsuz qadınlarda EKM prosedurunun aparılması zamanı YHS-nin inkişafetmə ehtimalının proqnozlaşdırılması üçün olan proqnostik model 83,74 % dəqiq proqnozlaşdırma ilə, 83,63 % həssaslıqla və 83,82 % spesifikliklə loqistik reqressiya üsulunun köməyilə yaradılmışdır; sonsuz qadınlarda EKM prosedurunun aparılması zamanı YHS-nin inkişafetmə ehtimalının proqnozlaşdırılmasının informativ prediktorları bunlardır: yaş, BKİ, yumurtalıqların antral follikullarının sayı, polikistoz yumurtalıqlar sindromu və AMH.

Downloads

Download data is not yet available.

Опубликован

2022-12-15

How to Cite

İsmayılova М. (2022). SONSUZ QADINLARDA EKSTRAKORPORAL MAYALANMA ZAMANI YUMURTAQLIQLARIN HİPERSTİMULYASİYASI SİNDROMUNUN YARANMA EHTİMALININ PROQNOZLAŞDIRILMASI . Azərbaycan Tibb Jurnalı, (4), 73–79. https://doi.org/10.34921/amj.2022.4.012

Выпуск

Раздел

KLİNİK TƏDQİQATLAR