HESTASİON POZUNTULARI VƏ ŞƏKƏRLİ DİABETİ OLAN HAMİLƏ QADINLARDA ERİPTOZ

Авторы

  • N.A. Abdullayeva Xarkov Milli Tibb Universiteti
  • D.Yu. Tertışnik Xarkov Milli Tibb Universiteti
  • Ye.A. Posoxov Xarkov Milli Tibb Universitetinin Elmi-Tədqiqat Eksperimental və Klinik Təbabət İnstitutu
  • V.V. Lazurenko Xarkov Milli Tibb Universiteti

DOI:

https://doi.org/10.34921/amj.2022.4.002

Ключевые слова:

eriptoz, hestasion şəkərli diabet, hipertenziv hamiləlik patologiyası, anneksin-V

Аннотация

Məqalədə hestasion hipertenziyalı və şəkərli diabeti olan hamilə qadınların qanında dövr edən eritrositlərin hüceyrə membranlarında baş verən dəyişiklikləri öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqata cəlb edilmiş 57 nəfər hamilə qadın 4 qrupa bölünmüşdür. I qrup – hestasion şəkərli diabeti olan 15 qadın (HŞD), II qrup – prehestasion şəkərli diabeti olan 15 qadın (PŞD), III qrup – hipertenziv hamiləlik patologiyası (HHP) olan 15 qadın (HHD) və IV  kontrol qrupu – 12 qadın. Eriptoz səviyyəsini öyrənmək üçün periferik qanın eritrositləri anneksin V-FİTC və 2,7- dixlordihidrofluoresseindiasetatla boyadılmışdır. Fluoressensiyanın səviyyəsi BD FACS CantoTM II Cell Analyzer markalı analizatorda tədqiq edilmişdir. Eritrositar membranların vəziyyəti O1O (2-(2c-hidroksifenil)-5-fenil-1,3- oksazol) fluorescent zondunun köməyi ilə qiymətləndirilmişdir. Eritrosit suspenziyasında fluoressensiya “PerkinElmer FL8500” markalı fluoressent spektrometri vasitəsilə qiymətləndirilmişdir. Tədqiqat göstərmişdir ki, HHP və PŞD zamanı eritroptoz prosesi aktivləşir. Bu, fosfatidilserinin eritrositar membranlardan xaric olmasının sürətlənməsi və oksigenin aktiv formalarının daha artıq əmələ gəlməsi ilə təzahür edir. Təsvir edilən dəyişikliklər hüceyrə membranlarında baş verən dəyişikliklərlə (məhz lipid spektrinin dəyişiklikləri ilə) təzahür edir. Hestasion şəkərli diabet isə nə membran dəyişikliklərilə, nə də eritroptozun aktivləşməsi ilə təzahür edir.

Downloads

Download data is not yet available.

Опубликован

2022-12-15

How to Cite

Abdullayeva , N., Tertışnik , D., Posoxov , Y., & Lazurenko , V. (2022). HESTASİON POZUNTULARI VƏ ŞƏKƏRLİ DİABETİ OLAN HAMİLƏ QADINLARDA ERİPTOZ. Azərbaycan Tibb Jurnalı, (4), 11–16. https://doi.org/10.34921/amj.2022.4.002

Выпуск

Раздел

KLİNİK TƏDQİQATLAR