DƏMİRDEFİSİTLİ ANEMİYALI UŞAQLARDA MÜALİCƏ DİNAMİKASINDA DƏMİR MÜBADİLƏSİNİN VƏZİYYƏTİ İLƏ İMMUN GÖSTƏRİCİLƏRİN MÜQAYİSƏSİ

Авторы

  • V.Ə. Nəcəfova Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun
  • R.Y. Məmmədova Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun

DOI:

https://doi.org/10.34921/amj.2023.1.014

Ключевые слова:

uşaqlarlarda dəmir mübadiləsi, hemoqlobin, anemiya, immun sistem

Аннотация

Məqalədə müxtəlif ağırlıq dərəcəli dəmirdefisitli anemiyası (DDA) olan və yaşı 6 aydan 5 yaşa qədər olan uşaqlarda dəmir preparatları ilə müalicədən əvvəl və sonra dəmir mübadiləsi göstəricilərinin və bəzi immun göstəricilərin müqayisəli təhlili məqsədilə aparılan tədqiqat işi haqqında məlumat verdilmişdir. Tədqiqata 63 uşaq daxil edilmişdir. Bunlardan 35 nəfərdə DDA olmuş (əsas qrup), 28 praktik sağlam uşaq isə kontrol qrupunu təşkil etmişdir. Tədqiqat göstərmişdir ki, DDA-lı uşaqlar qrupunda dəmir mübadiləsi göstəriciləri (hemoqlobin, hematokrit, rəng göstəricisi, serum dəmiri, serum ferritini, ümumi dəmirbirləşdirmə qabiliyyəti, gizli dəmir birləşdirmə qadbiliyyəti, transferrinin doyma əmsalı və s.), eləcə də hüceyrə immunitetinin həm anadangəlmə (NK-CD56+), həm qazanılma (CD3+, CD4+, CD8+) komponentləri müalicədən əvvəl kontrol qupu ilə müqayisədə az olmuşdur. DDA qrupunda olan uşaqlarda dəmir tərkibli preparatların (aktiferrin, totema, ferrum lek) 8-16 həftə ərzində peroral qəbulundan sonra qanda dəmir göstəricilərinin səviyyəsi və hüceyrə immuniteti göstəricilərinin hər birinin nisbi sayı müalicədən əvvəlki qrupla müqayisədə artaraq kontrol qrupunda olan səviyyəyə yaxınlaşmışdır. Bütün bunlar göstərir ki, müalicənin effektiv nəticəsi, xəstəliyin gələcəkdə yarada biləcəyi ağırlaşmaların qarşısını almağa imkan verə bilər.

Downloads

Download data is not yet available.

Опубликован

2023-03-15

How to Cite

Nəcəfova, V., & Məmmədova, . R. (2023). DƏMİRDEFİSİTLİ ANEMİYALI UŞAQLARDA MÜALİCƏ DİNAMİKASINDA DƏMİR MÜBADİLƏSİNİN VƏZİYYƏTİ İLƏ İMMUN GÖSTƏRİCİLƏRİN MÜQAYİSƏSİ. Azərbaycan Tibb Jurnalı, (1), 86–90. https://doi.org/10.34921/amj.2023.1.014

Выпуск

Раздел

KLİNİK TƏDQİQATLAR