VAXTINDAN QABAQ MƏRKƏZİ MƏNŞƏLİ CİNSİ YETİŞKƏNLİYİ OLAN QIZLARDA HORMONAL STATUSUN XÜSUSİYYƏTLƏRİ

Müəlliflər

  • İ.R. Mustafayeva Naxçıvan Dövlət Universiteti; Azərbaycan Tibb Universitetinin

DOI

https://doi.org/10.34921/amj.2023.1.013

Açar sözlər

mərkəzi mənşəli vaxtından qabaq cinsi yetişkənlik, telarxe, menarxe

Xülasə

Məqalədə mərkəzi mənşəli vaxtından qabaq cinsi yetişkənlik (VQCY) olan qızlarda hormonların dəyişmə xüsusiyyətlərini öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Qarşıya qoyulan məqsədə uyğun olaraq pubertat dövrdə müxtəlif mənşəli VQCY olan 37 qız müayinə edilmişdir. 37 qızdan 31-də (83,8%) mərkəzi, 6 qızda periferik mənşəli VQCY təyin edilmişdir. Tədqiqata daxil olan qızların qan serumunda hipotalamus-hipofiz-böyrəküstü vəzi-yumurtalıq sisteminin hormonlarından follikulstimulyasiyaedici (FSH), lüteinləşdirici (LH), tireostimulyasiyaedici (TSH), prolaktin (Prl), estradiol (E2), testosteron (T), dehidroepiandesteron-sulfatın (DHEA-S), kortizol (K) hormonların səviyyəsi təyin edilmişdir. Eyni zamanda qalxanabənzər vəzinin funksional aktivliyini təyin etmək üçün, triyodtironin (T3) və tiroksinin (T4) miqdarı tam avtomat rejimdə, Abbot-Arxitekt rentgenlərini tətbiq etməklə, hemolüminesstensiya üsulu ilə, Arxitekt-1000, Abbot (ABŞ) cihazında təyin edilmişdir. Alınan nəticələr eyni yaşda cinsi yetişkənlik dövrünün fizioloji gedişatı olan qızların (n=27) nəticələri ilə müqayisə edilmişdir. Mərkəzi mənşəli VQCY olan qızların analarının anamnezində doğuş zamanı müxtəlif mamalıq ağırlaşmaları qeyd edilir, bu da gələcəkdə qızların cinsi yetişkənlik dövrünün gedişatına təsir edən yüksək risk amilidir. Qızlarda müxtəlif dərəcəli nevroloji simptomatika özünü biruzə verir. Mərkəzi mənşəli VQCY-də MRT-də beynin orqanik dəyişiklikləri aşkar edilməmişdir və VQCY idiopatik xarakter daşımışdır. VQCY-nin ikincili cinsi əlamətlərindən telarxe 6,89±1,12 yaşında qeyd edilmişdir. Mərkəzi mənşəli VQCY zamanı LH-nin (16,13±0,97 mTV/ml) və E2-un (166,5±4,38 pq/ml), T4-un (20,66±0,63 nq/dl) statistik etibarlı dərəcədə artması müşahidə edilir, bu da hipotalamus-hipofiz-yumurtalıq sistemin aktivliyini əks etdirir.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2023-03-15

Necə istinad edilir

Mustafayeva, İ.R. (2023). VAXTINDAN QABAQ MƏRKƏZİ MƏNŞƏLİ CİNSİ YETİŞKƏNLİYİ OLAN QIZLARDA HORMONAL STATUSUN XÜSUSİYYƏTLƏRİ. Azərbaycan Tibb Jurnalı, (1), 81–85. https://doi.org/10.34921/amj.2023.1.013

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR