DÜYÜNLÜ POLİARTERİİTLƏ AĞIRLAŞMIŞ KƏSKİN B VİRUS HEPATİTİ ZAMANI QANDA DÖVR EDƏN PROGENİTOR ENDOTELİAL HÜCEYRƏLƏRİN TƏDQİQİ

Авторы

  • C.P. İsayev Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrası
  • R.R. Bəylərova Azərbaycan Tibb Universitetinin Yoluxucu

DOI:

https://doi.org/10.34921/amj.2023.1.009

Ключевые слова:

düyünlü poliarteriit, kəskin B virus hepatiti, progenitor endotelial hüceyrələr

Аннотация

Məqalədə düyünlü poliarteriitlə ağırlaşmış kəskin B virus hepatitli xəstələrdə dövr edən progenitor endotelial hüceyrələrin və təknüvəli hüceyrələrin ümumi sayına nisbətdə faiz göstəricilərini öyrənmək məqsədilə aparılmış tədqiqat haqqında məlumat verilmişdir. Tədqiqata 61 nəfər yanaşı olaraq düyünlü poliarteriitlə ağırlaşma aşkar edilmiş və 97 nəfər bu cür ağırlaşma qeyd edilməyən, cəmi 158 B virus hepatitli xəstə və kontrol qrup olaraq 30 nəfər praktik sağlam şəxs daxil edilmişdirr. Progenitor endotelial hüceyrələrin təyini immunsitokimyəvi üsulla aparılmışdır. Müayinələr zamanı müşahidə olunan bütün qruplar üzrə xəstələrdə dövr edən progenitor endotelial hüceyrələrin sayı çox yüksək olmamışdır. Düyünlü poliarteriitlə ağırlaşmış kəskin B hepatitli xəstələrdə praktik sağlam şəxslər və ağırlaşma qeyd edilməyən xəstələrin göstəriciləri ilə müqayisədə progenitor endotelial hüceyrələrin sayı nəzərəçarpacaq dərəcədə, yüngül gedişli xəstələrdə müvafiq olaraq 1,9 - 1,8 və orta ağır gedişlilərdə isə 2,5 - 2,3 dəfə azalması müəyyən edilmişdir (p<0,05). Düyünlü poliarteriitlə ağırlaşmış kəskin B virus hepatitli xəstələrdə dövr edən progenitor endotelial hüceyrələrin sayının belə kəskin azalması, xüsusən bunun xəstəliyin ağır gedişlərində daha aşağı olması, meydana çıxan klinik əlamətlərlə yanaşı, düyünlü poliarteriitin diaqnostik və proqnostik göstəriciləri kimi tövsiyə edilə bilər.

Downloads

Download data is not yet available.

Опубликован

2023-03-15

How to Cite

İsayev, C., & Bəylərova, R. (2023). DÜYÜNLÜ POLİARTERİİTLƏ AĞIRLAŞMIŞ KƏSKİN B VİRUS HEPATİTİ ZAMANI QANDA DÖVR EDƏN PROGENİTOR ENDOTELİAL HÜCEYRƏLƏRİN TƏDQİQİ. Azərbaycan Tibb Jurnalı, (1), 59–63. https://doi.org/10.34921/amj.2023.1.009

Выпуск

Раздел

KLİNİK TƏDQİQATLAR