QARIN BOŞLUĞU ORQANLARININ HƏRBİ ƏMƏLIYYATLAR ZAMANI TÖRƏNƏN ZƏDƏLƏNMƏLƏRİNİN TİBBİ GÖRÜNTÜLƏNMƏSİ
DOI
https://doi.org/10.34921/amj.2023.1.006Açar sözlər
abdominal orqanlar, şüa diaqnostikası, ultrasəs müayinəsi, hərbi travmaXülasə
Məqalədə hərbi əməliyyatlar zamanı qarın boşluğu orqanlarının yaralanmasinin diaqnostikasında radioloji tədqiqat metodlarının nəticələri təqdim olunur. Mexanizmə uyğun olaraq güllə, gəlpə, partlayıcı maddə təsirindən törənən yaralar, yara kanalının xarakterinə görə kor, küt və birləşmiş yaralar müəyyən edilib. Tədqiqata cəlb edilmiş xəstələrdə güllə yaraları 32 (30,8±4,5%), qəlpə yaraları 43 (41,3±4,8%) və partlayıcı maddələrin törətdiyi yaralar 29 (27,9±4,4%) halda qeydə alınıb. Nazik bağırsağın zədələnməsi 43 (41,3±4,8%), yoğun bağırsağın zədələnməsi 28 (26,9±4,3%) halda, qaraciyərin zədələnməsi 13 (12,5±3,2%), mədə 9 (8,7±2,8%) halda, böyrəklər 5 (4,8±2,1%), dalaq 4 (3,8±1,9%), sidik kisəsi zədələnmələri 2 (1,9±1,3%) müşahidə edilib. Nazik bağırsağın zədələnməsi yoğun bağırsaqdan daha çox (p<0,05), qaraciyər zədələnməsi dalaq və sidik kisəsindən daha çox (p<0.05) qeydə alınıb.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2023 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


