GÖZÜN ÜST QAPAĞININ CƏRRAHİ KORREKSİYASI ZAMANI TARZAL LÖVHƏNİN ZƏİFLƏDİLMƏSİ YOLU İLƏ MÜALİCƏ EFFEKTİNİN YAXŞILAŞDIRILMASI
DOI
https://doi.org/10.34921/amj.2023.1.002Açar sözlər
bletaroptoz, cərrahi korreksiya, anadangəlmə ptoz, qazanılma ptozXülasə
Məqalədə blefaroptozun müalicəsinin aktuallığı nəzərdən keçirilib. Bu patoloji halın, postoperasion dövrdə xəstəliyin residiverməsinin və laqoftalmın yaranmasının səbəbləri haqqında ayrılıqda məlumat verilir. Müəllif tarzal lövhənin müqavimətini azaltmaq məqsədilə bu lövhənin köndələn istiqamətdə kəsilməsi üsulunu sınaqdan keçirmiş və haqqında bəhs edilən üsulun effektivliyini müəyyənləşdirmək məqsədilə tədqiqat aparmışdır. 2014-2022-ci illər ərzində 155 xəstənin 197 gözündə operativ müalicə aparılmışdır. Tədqiqat göstərmişdir ki, tarzal lövhə kəsilmədən operativ müalicə edilənlərdən ibarət kontrol qrupda zəif effektivlik daha çox 66,7%, kafi nəticə 6,06% olmuş, yaxşı nəticə isə cəmi 27,3% alınmışdır. Əsas qrupda isə zəif nəticə 7,6%, kafi nəticə 0,76 %, yaxşı nəticə 91,6% alınmışdır.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2023 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


