BRUQADA SİNDROMU: KLİNİK ASPEKTLƏRİ VƏ QƏFLƏTİ ÜRƏK ÖLÜMLƏRİNİN SƏBƏBLƏRİ ARASINDAKI YERİ

Müəlliflər

  • R.Ə. Əliyev ərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi
  • V.Ə. Bəşirov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi
  • M.A. Şirinov Azərbaycan Tibb Universitetinin
  • F.E. Məmmədov Əlahiddə Ümumqoşun Ordusunun Məhkəmə Tibbi Ekspertizası

DOI

https://doi.org/10.34921/amj.2020.2.017

Açar sözlər

qəfləti ölüm, mutasiya, mədəcik fibrillyasiyası

Xülasə

Məqalədə tibb ədəbiyyatına istinad edilməklə, Bruqada sindromunun (BS) klinikası və diaqnostikasına dair məlumatlar verilmişdir. Həmçinin, bu patologiya nəticəsində baş vermiş qəfləti ürək ölümlərinin məhkəmə-tibbi ekspertizası məsələsinə də toxunulmuşdur. Müəlliflər ədəbiyyat mənbələrinə və öz şəxsi müşahidələrinə əsaslanmaqla göstərirlər ki, BS-yə tamamilə sağlam görünən və heç bir şikayəti olmayan cavan şəxslərdə daha çox rast gəlinir. BS Hiss dəstəsinin sağ ayaqcığının keçici hissəvi və ya tam blokadası, sağ döş aparmalarında ST seqmentinin elevasiyası və təkrarlanan paroksizmal polimorf mədəcik taxikardiyası ilə xarakterizə edilir. BS-nin etiologiyası məlum olmasa da, genetik amillərlə əlaqəsi təsdiq edilmişdir. BS zamanı klinik təzahürlər natrium kanallarının zədələnmə dərəcəsindən və 3-cü xromosomda yerləşən SCN5A genində baş verən mutasiyanın növündən asılıdır. Bu sindroma vaxtında diaqnoz qoymağın və müalicəyə mümkün qədər tez başlanılmasının qəfləti ölümlə nəticələnən ağırlaşmaların profilaktikası üçün böyük əhəmiyyəti vardır. Buna görə də məqalədə BS-nin diaqnostikasına xüsusi yer verilmişdir.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2020-06-30

Necə istinad edilir

Əliyev, R., Bəşirov, V., Şirinov, M., & Məmmədov, F. (2020). BRUQADA SİNDROMU: KLİNİK ASPEKTLƏRİ VƏ QƏFLƏTİ ÜRƏK ÖLÜMLƏRİNİN SƏBƏBLƏRİ ARASINDAKI YERİ . Azərbaycan Tibb Jurnalı, (2), 116–123. https://doi.org/10.34921/amj.2020.2.017

Nömrə

Bölmə

İCMALLAR VƏ KLİNİK MÜHAZİRƏLƏR