BÖYRƏKHÜCEYRƏLİ KARSİNOMA ZAMANI KONTRLATERAL BÖYRƏKÜSTÜ VƏZİYƏ METASTAZ ÜZRƏ KLİNİK MÜŞAHİDƏLƏR VƏ MÜALİCƏ TAKTİKASI
DOI
https://doi.org/10.34921/amj.2020.2.016Açar sözlər
böyrəkhüceyrəli karsinoma, kontrlateral adrenal metastaz, adrenalektomiya, adrenal krizXülasə
Məqalədə kontrlateral böyrəküstü vəziyə metastaz vermiş 2 böyrəkhüceyrəli karsinomalı (BHK) xəstədə tətbiq edilən müalicə taktikası müzakirə edilir. Birinci xəstəyə transperitoneal kəsiklə sağtərəfli radikal nefrektomiya və X-XI-ci qabırğaarası lumbotomik kəsiklə soltərəfli adrenalektomiya əməliyyatı icra edildi. 2-ci xəstəyə klinikamıza qəbul edilməzdən kontrlateral böyrəküstü vəziyə metastaz aşkar edilməsinə baxmayaraq, 19 ay əvvəl soltərəfli radikal nefrektomiya və ipsilateral adrenalektomiya icra edilib; həmin xəstəyə adrenal krizi önləmək üçün əvəzedici steroid terapiya fonunda sağtərəfli adrenalektomiya əməliyyatı icra edilib. Nəticə olaraq qeyd edilməlidir ki, kontrlateral böyrəküstü vəziyə metastaz aşkar edilən BHK-li xəstələrdə metastazektomiya əməliyyatı IV mərhələ şiş xəstəliyi olan bu ağır xəstə qrupunda cərrahi müalicənin nəticələrini yaxşılaşdırmağa imkan verir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2023 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


