QADINLARDA UROGENİTAL MİKST-İNFEKSİYALARIN GEDİŞİ VƏ TERAPİYASININ MİKROBİOLOJİ XARAKTERİSTİKASI
DOI
https://doi.org/10.34921/amj.2020.2.014Açar sözlər
sidik-cinsiyyət sistemi, qarışıq infeksiyalar, iltihab, probiotikXülasə
Məqalədə məqsədi qadınlarda urogenital qarışıq infeksiyalarda mikrobioloji və immunoloji pozuntularının təbiətinə və patogenetik cəhətdən müəyyən edilmiş müalicə metodlarının təsirinin müəyyənləşdirilməsi olan mikrobioloji tədqiqatların nəticələri təqdim olunur. Bu məqsədə çatmaq üçün, bakterial flora və mikotik infeksiyanın – Ureaplasma urealyticum, Micoplasma hominis, Candida albicans, Gardnerella vaginalis, birləşməsi nəticəsində reproduktiv orqanlarda qarışıq infeksiyaların gedişi 25 yaşdan 38 yaşadək olan 88 qadının mikrobioloji xüsusiyyətləri müəyyən edilmişdir və probiotik agentin müalicədə istifadəsi zamanı müqayisəvi qiymətləndirmə aparılmışdır. Aşağıdakı xəstə qrupları müəyyən edildi – 1-ci qrup (nəzarət qrupu), patologiyası olmayan 22 praktik sağlam qadından ibarət idi. 2-ci qrup (n = 39) urogenital mikst infeksiyaları olan – U. urealyticum, M.hominis, C.albicans, 3-cü qrup (n = 29) – U.urealyticum, G.vaginalis, M.hominis və 4-cü qrup (n = 20) –U.urealyticum, M.hominis. Sidik-cinsiyyət traktının mikrobioloji tədqiqatlarla mikoplazmal infeksiyası olan bütün xəstələr vaginal mikrobiosenozda patologiya olduğu aşkar edilmişdir. Stafilokoklar ən çox araşdırılan ikinci və üçüncü qruplarda təyin olundu: Stаphylococcus еpidermidis (38,5% və 34,55%), və digər növlərin nümayəndələri, xüsusən Staphylococcus saprophyticus və S. aureus, daha az aşkar edildi. Yuxarıda göstərilən qruplardan yalnız 5 xəstədə Streptococcaceae ailəsinin nümayəndələri aşkar olunmuşdur: Enterococcus spp. – 7,69% və 6,90% halda, kontrol qrupda və dördüncü qrupda bu mikroorqanizmlər tək hallarda təcrid olunmuşdu. Laktobakteriyaların kəmiyyət tərkibinin təhlili, probiotik və immunotrop dərmanlardan istifadə edən ikinci və üçüncü qrup xəstələrdə bu mikroorqanizmlərin rastgəlmə tezliyində əhəmiyyətli artım müşahidə edildi.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2023 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


