OBSTRUKTİV YUXU APNOYESİ SİNDROMU OLAN XƏSTƏLƏRDƏ ARTERİAL HİPERTENZİYA: YÜKSƏK ADDİTİV ÜRƏK-DAMAR RİSKİ OLAN KOMORBİDLİK
DOI
https://doi.org/10.34921/amj.2020.2.005Açar sözlər
obstruktiv yuxu apnoyesi sindromu, arterial hipertenziya, antihipertenziv terapiyaXülasə
Məqalədə şiddətli obstruktiv yuxu apnoyesi sindromunun (OSA) mövcudluğundan asılı olaraq arterial hipertenziyanın (AH), ürəyin sol mədəciyin (SM) funksiyasının, antihipertenziv terapiyanın xüsusiyyətlərinin öyrənilməsi məqsədilə aparılmış tədqiqatın nəticələri təqdim edilmişdir. 18 kanallı polisomoqrafiyanın nəticələrinə əsasən ("Weinmann", Almaniya) 50±5 yaşlı 1 3 dərəcəli AH olan 126 kişi iki qrupa ayrıldı: "AH + ağır dərəcəli OSA" (n=64) və "AH" qrupu (n=62). Ürək-damar xəstəliklərin (ÜDX) risk amillərinin sayı, Avropa SCORE reytinq şkalasına uyğun 10 illik ürək-damar fəsadlarının riski, qan təzyiqi və onun 24 saatlıq profili, ürəyin SM-in ölçüləri və funksiyası, antihipertenziv terapiyanın həcmi və effektivliliyi qiymətləndirilmişdir. Müəyyən edilmişdir ki, tədqiqat qruplarında şəkərli diabetin, tütünçəkmə və alkoqollu içki qəbulunun eyni tezliklə yayılması ilə yanaşı, OSA olan xəstələrdə visseral və abdominal piylənməyə, hiperxolesterolemiyaya və hipertriqliseridemiyaya daha çox rast gəlinmişdir. AH-ın ağır OSA ilə birgə olduğu xəstələrdə 10 il ərzində ölüm riskinin artması aşkar olundu. OSA olan xəstələr gecə təzyiq yükləməsinin əhəmiyyətli dərəcədə uzunmüddətli olması ilə (müvafiq olaraq 189 və 52 dəq), daha yüksək orta gecə AT ilə (müvafiq olaraq 126 və 108 mm Hg) və onun daha pisləşmiş sutkalıq profili ilə (“non-dippers” və “night-pickers”- lərin müqayisə qrupundakı 25% və 5% -ə qarşı 65% və 35%-ın olması) xarakterizə edilmişdir. "AH+OSA" qrupunda SM-in hipertrofiyası daha inkişaf etmişdir. Bununla yanaşı, onlarda antihipertenziv terapiyanın daha geniş olmasına baxmayaraq, xəstələrin əksəriyyətində farmakoterapiyaya qarşı rezistentlik yaranmışdır. Beləliklə, yuxuda tənəffüs pozulmaları olmayan hipertenziv şəxslərlə müqayisədə AH və ağır OSA-nın komorbidliyi olan xəstələrdə ÜDX-nin risk amilləri daha çoxdur, 10 illik ölüm riski daha yüksəkdir, SM strukturun və funksiyanın pozulması daha dərindir, antihipertenziv terapiya isə aşağı effektivlidir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2023 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


