SUBKORTİKAL İNFARKTLARLA VƏ LEYKOENSEFALOPATİYA İLƏ KEÇƏN NADİR ANTOSOM-DOMİNANT BEYİN ARTERİOPATİYASI TƏSADÜFÜ
DOI
https://doi.org/10.34921/amj.2022.3.021Açar sözlər
CADASİL, demensiya, beyin insultu, arteriopatiya, MRT, beyin damarlarının xəstəlikləriXülasə
CADASİL və ya subkortikal (qabıqaltı) infarktlarla və leykoensefalopatiya ilə birqə keçən avtosom-dominant tipli nadir beyin arteriopatiyası - az rast gəlinən irsi mənsəli sindrom olub, müxtəlif klinik simptomlarla təzahür edir, klinik mənzərəsinin qeyri-spesifikliyinə görə ətraflı müayinə tələb edir. Bu xəstəlik həm də beyin işemiyasının və demensiyanın risk faktorlarından biridir. CADASİL-in səbəbi 19-cu xromosomda olan NOTCH3 qeninin mutasiyasıdır.
Məqalədə müəlliflərin 54 yaşlı qadında ilk dəfə aşkar etdikləri xəstəlik haqqında məlumat verilmişdir. Maqnit-resonans tomoqrafiya zamanı beyin yarımkürələrinin hər ikisində əsasən periventrikulyar sahədə və subkortikal səviyyədə bir-birinə sirayət edən çoxsaylı patoloji MP-siqnallar, T 2 rejimdə və FLAİR-rejimdə hiperintensiv MP-siqnallar müşahidə edilmişdir. Diqqətlə toplanan anamnez və dərin neyrovizuallaşdırıcı müayinələr, həmçinin aparıcı mütəxəssiz-rentgenoloqlarla məsləhətləşmələr ehtimal edilən xəstəliyin təsdiq edilməsinə və düzgün diaqnoz qoymağa imkan vermişdir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2022 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


