BABASİL VƏ ANAL ÇATIN SİMULTANT OPERATİV MÜALİCƏSİ

Müəlliflər

  • А.C. Noyes P.L.Şupik adına Ukrayna Milli Səhiyyə Universitetinin Cərrahlıq və proktologiya kafedrası
  • Ya.P. Feleştinski P.L.Şupik adına Ukrayna Milli Səhiyyə Universitetinin Cərrahlıq və proktologiya kafedrası
  • V.Yu. Piroqovski P.L.Şupik adına Ukrayna Milli Səhiyyə Universitetinin Cərrahlıq və proktologiya kafedrası
  • B.V. Sorokin P.L.Şupik adına Ukrayna Milli Səhiyyə Universitetinin Onkologiya kafedrası
  • М.А. Yosipenko P.L.Şupik adına Ukrayna Milli Səhiyyə Universitetinin Onkologiya kafedrası

DOI

https://doi.org/10.34921/amj.2021.4.014

Açar sözlər

babasil, lazer-doppler flüorometriyası, hemorroidal dearterializasiya, sfinkterotomiya

Xülasə

Məqalədə babasil və anal çatın transanal hemorroidal dearterizasiya üsulu ilə simultant cərrahi müalicə edilməsinin məqsədəuyğunluğunu əsaslandırmaq üçün aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqata 177 xəstə cəlb edilmişdir. 60 xəstədən ibarət I qrupda Miliqan-Morqan üsulu ilə hemorroidektomiya aparılmış və anal çat ləğv edilmişdir. II qrupun xəstələrində (60 nəfər) yalnız anal çat aradan qaldırılmış, III qrupda (57 xəstə) isə orijinal üsulla operativ müdaxilə aparılmışdır. II və III qrupun xəstələrinə cərrahi müdaxilə sayəsində qan cərəyanının intensivliyini müəyyənləşdirmək məqsədilə lazer şüaları ilə Doppler-flüorometriya tətbiq edilmişdir. Tədqiqat göstərmişdir ki, birgə babasil və anal çat olan xəstələrdə simultant olaraq çatın kəsilib ləğv edilməsi və transanal hemorroidal dearterizasiya aparılması xəstələrin vəziyyətini daha aydın şəkildə yaxşılaşdırır. Bu zaman hemorroidal düyünlərin kavernoz toxumasında qan cərəyanı zəifləyir və eyni vaxtda anal dəliyin çat olan zonasında selikli qişa qüsurunun ləğv edilməsi, anal kanalın minimal daralması ilə sfinkterospazmın aradan qalxması sayəsində müalicənin effektivliyi yüksəlir.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2022-03-04

Necə istinad edilir

Noyes А., Feleştinski, Y., Piroqovski, V., Sorokin, B., & Yosipenko М. (2022). BABASİL VƏ ANAL ÇATIN SİMULTANT OPERATİV MÜALİCƏSİ. Azərbaycan Tibb Jurnalı, (4), 96–101. https://doi.org/10.34921/amj.2021.4.014

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR