DERMATOHALAZİSLİ XƏSTƏLƏRDƏ ÜST GÖZ QAPAĞI BLEFAROPLASTİKASININ GÖZİÇİ TƏZYİQƏ, BUYNUZ QİŞANIN ASTİQMATİZMİNƏ VƏ PERİFERİK GÖRMƏ SAHƏSİNƏ TƏSİRİ

Müəlliflər

  • N.N. Sultanova Azərbaycan Tibb Universiteti
  • F.Ş. Ağamalıyeva Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2022.3.009

Açar sözlər

blefaroplastika, antropometriya, göziçi təzyiq, buynuz qişa astiqmatizmi

Xülasə

Məqalədə dermatoxalazisli xəstələrdə üst göz qapağının blefaroplastikasının göziçi təzyiqə, buynuz qişanın astiqmatizminə və periferik görmə sahəsinə təsirini qiymətləndirmək məgsədlə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir.

Müxtəlif dərəcəli dermatoxalazisi olan 36 xəstədə üst blefaroplastikadan əvvəl, həmçinin 1, 2 və 12 həftə sonra gözdaxili təzyiq, buynuz qişanın astiqmatizmi və periferik görmə sahəsini qiymətləndirilmişdir. Göziçi təzyiqin, buynuz qişa astiqmatizminin və periferik görmə sahəsinin dəyərlərində dəyişiklik üç qrupa bölünən xəstələrdə refleksin kənar məsafəsinə uyğun olaraq təyin edildi: 1 qrup (18 xəstə)³ 3,5 mm, 2 qrup (13xəstə) 2-3 mm və 3 qrup (5 xəstə) < 2 mm.

Tədqiqat göstərmişdir ki, 3-cü qrupda 1, 2 və 12 həftə sonra GİB-də statistik əhəmiyyətli artım baş verir. Bu qrup xəstələrdə əməliyyatdan 12 həftə sonra buynuz qişa astiqmatizminin statistik əhəmiyyətli artması qeyd olunub. Əməliyyatdan sonrakı dövrdə yuxarı, yuxarı-xarici, xarici və yuxarı-daxili meridian boyunca periferik görmə sahəsi 26,1% (p <0,001) hər üç qrupda artmışdır.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2022-09-30

Necə istinad edilir

Sultanova , N., & Ağamalıyeva , . F. (2022). DERMATOHALAZİSLİ XƏSTƏLƏRDƏ ÜST GÖZ QAPAĞI BLEFAROPLASTİKASININ GÖZİÇİ TƏZYİQƏ, BUYNUZ QİŞANIN ASTİQMATİZMİNƏ VƏ PERİFERİK GÖRMƏ SAHƏSİNƏ TƏSİRİ. Azərbaycan Tibb Jurnalı, (3), 57–61. https://doi.org/10.34921/amj.2022.3.009

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR