DİAREYANIN ÜSTÜNLÜYÜ İLƏ KEÇƏN BAĞIRSAQ QICIQLANMASI SINDROMU OLAN XƏSTƏLƏRDƏ YOĞUN BAĞIRSAĞIN DİVARYANI MİKROFLORASININ VƏZİYYƏTİ

Müəlliflər

  • M.R. İbrahimov Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi
  • B.İ. Sadıqov Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi

DOI

https://doi.org/10.34921/amj.2022.3.005

Açar sözlər

qıcıqlanan bağırsaq sindromu, diareya, divaryanı mikroflora

Xülasə

Məqalədə ishalın üstünlüyü ilə keçən yoğun bağırsaq qıcıqlanması sindromu olan xəstələrdə divaryanı mikrofloranın tərkibi barədə məlumat əldə etmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqat 18-64 yaş arasında olan 30 xəstə (19 kişi və 11 qadın, orta hesabla 42,3±4,7 yaş) üzərində aparılıb. Bağırsaq qıcıqlanması sindromu diaqnozu Roma meyarlarının IV versiyası əsasında qoyulmuşdur. Bütün xəstələrə siqmayabənzər, köndələn çənbər və kor bağırsaq üzərindən pilləli biopsiya materialı götürülməsi  ilə tamamlanan total kolonoskopiya aparılmışdır. Götürülmüş bioptatlar əzildikdən sonra 0,1 ml 0,9% natrium-xlorid məhlulu ilə qarışdırılmış, bundan sonra 101-109 seriyalı seyrəltmələr hazırlanıb, müxtəlif qida mühitlərinə əkilmişdir. Divaryanı mikrofloranın tərkibinin patoloji dəyişiklikləri müayinə edilmiş pasiyentlərin 90 %-də aşkar edilmişdir. Bunlar arasında daha böyük tezliklə disbiozun II (40 %) və I (33,3 %) ağırlıq dərəcələrinə rast gəlinmişdir; III ağılıq dərəcəli disbioz cəmi 26,6 % hallarda qeyd edilmişdir. Divaryanı mikrobiotanın indigen fraksiyasını formalaşdıran mikroorqanizmlərin orta konsentrasiyaları mədə-bağırsaq sisteminin patologiyası olmayan kontrol qrupunun göstəriciləri ilə müqayisədə statistik baxımdan etibarlı olaraq, daha aşağı göstəricilərlə səciyyələnmişdir: bifidobakteriyalar – 5,12 x 106 KFV/q, laktobakteriyalar – 3,87 x 106 KFV/q, bağırsaq çöpləri – 5,59 x 107 KFV/q. Şərti-patogen mikrofloranın müxtəlif nümayəndələrinin inkişafı bağırsaq  qıcıqlanması sindromu olan xəstələrin 76,6 %-də müşahidə edilmişdir; əsasən kandida, proteus və qızılı stafilokokk kimi mikroorqanizmlərin sayı artmışdır.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2022-09-30

Necə istinad edilir

İbrahimov , M., & Sadıqov , B. (2022). DİAREYANIN ÜSTÜNLÜYÜ İLƏ KEÇƏN BAĞIRSAQ QICIQLANMASI SINDROMU OLAN XƏSTƏLƏRDƏ YOĞUN BAĞIRSAĞIN DİVARYANI MİKROFLORASININ VƏZİYYƏTİ. Azərbaycan Tibb Jurnalı, (3), 32–36. https://doi.org/10.34921/amj.2022.3.005

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR