QASTROEZOFAGEAL REFLYUKS XƏSTƏLİYİNİN ENDOSKOPİK ƏLAMƏTLƏRİNİN RİSK FAKTORLARI VƏ ONLARIN XƏSTƏLİYİN ŞİKAYƏTLƏRİ İLƏ ƏLAQƏSİ
DOI
https://doi.org/10.34921/amj.2022.2.005Açar sözlər
qastroezofageal reflyuks xəstəliyi, risk faktorları, ezofagitXülasə
Qastrointestinal traktın yuxarı şöbəsinin patologiyalarına aid şikayətlərlə müraciət edən xəstələr arasında qastroezofageal reflyuks xəstəliyinin (QERX) rastgəlmə tezliyi, bu xəstəliyin risk faktorları və şikayətlərin endoskopik əlamətlərlə əlaqəsi araşdırılmışdır. Tədqiqatda 2019-cu ilin yanvar ayından 2021-ci ilin fevralına qədər ezofaqoqastroduodenoskopiya müayinəsi aparılmış 1900 xəstə cəlb edilmişdir. Onlardan 1067 nəfəri (56,2%) kişi, 833 nəfəri (43,8%) qadın olmuşdur. Xəstələrin yaşı 15-80 arasında idi. Tədqiqat göstərmişdir ki, mədə-bağırsaq traktının yuxarı şöbələrinin patologiyalarına aid şikayətləri olan xəstələrin 32,7%-də endoskopik QERX aşkar edilmişdir. Onlardan 37,2%-də qeyri-eroziv QERX, 62,7%-də eroziv QERX təyin edilmişdir. Tədqiqatın növbəti mərhələsi 1900 xəstədən 231 nəfərlə davam etdirilmişdir. Bu xəstələrdə sorğu anketinin köməyi ilə şikayətlərin spektri, risk faktorları toplanılmış və onların endoskopik ezofagitlə əlaqəsi araşdırılmışdır. QERX xəstələrində ən çox rast gəlinən risk faktoru bədən kütləsi indeksinin (BKİ) yüksək olması, yağlı yemək qəbulu, sinir gərginliyi və diafraqmal yırtıq idi. Xəstələrdə ən çox rast gəlinən şikayətlərə qıcqırma, disfagiya və requrqitasiya aid idi. Əhəmiyyətli əlaqə yalnız disfagiya ilə endoskopik ezofagit arasında aşkar olunmuşdur (p<0,05). Boğulmaya D dərəcəli endoskopik ezofagiti olan xəstələr arasında əhəmiyyətli dərəcədə çox rast gəlinmişdir (p<0,05). BKİ yüksək olan xəstələr arasında daha çox requrqitasiya qeyd edilmişdir (p<0,01).
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2022 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


