PSİXOLOJİ YARDIMLA TƏMİNEDİLMƏ – KÖÇKÜN TİBB TƏLƏBƏLƏRİNİN PSİXİ RİFAHININ AMİLİ KİMİ

Müəlliflər

  • K.O. Prilipka Poltava Dövlət Tibb Universiteti
  • L.O. Herasimenko Poltava Dövlət Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2026.2.023

Açar sözlər

tibb tələbələri, psixogigiyenik təminat, psixi sağlamlıq, stress

Xülasə

Məqalədə köçkün tibb tələbələrinin psixi rifah halının formalaşmasında psixoloji yardımla təminatın rolunu araşdırmaq məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqat göstərmişdir ki, yaşayış yerinin məcburi dəyişdirilməsi, sosial əlaqələrin qırılması, ilkin həyat vərdişlərinin destabilizasiyası və gələcək həyatın qeyri-müəyyənliyi gigiyenik şəraitin pozulması ilə birlikdə tələbə gənclərdə ciddi psixoemosional yüklənmə törədir, yüksək səviyyəli stress və həyəcanlanmaya səbəb olur, sosial əlaqələrin gərginləşməsi və sosial-psixoloji adaptasiyanın pozulması ilə nəticələnir. Tələbə gənclərdə qeyri-qənaətbəxş həyat şəraiti və psixoemosional vəziyyətin pisləşməsi arasında qarşılıqlı əlaqələr, həmçinin sosial dəstəyin həyəcanlanmaya və depressiv əlamətlərə qarşı qoruyucu rolu aşkar edilmişdir. Aparılmış tədqiqat sağlamlığın mühafizə edilməsinə, şəxsiyyətin harmonik inkişafına və təhsil mühitinin effektivliyinin yüksəldilməsinə yönəlmiş tədbirlər kompleksinin hazırlanmasına ehtiyac olduğunu göstərir.  

Downloads

Download data is not yet available.

Yayımlanıb

2026-07-26

Necə istinad edilir

Prilipka, K., & Herasimenko, L. (2026). PSİXOLOJİ YARDIMLA TƏMİNEDİLMƏ – KÖÇKÜN TİBB TƏLƏBƏLƏRİNİN PSİXİ RİFAHININ AMİLİ KİMİ. Azərbaycan Tibb Jurnalı, (2), 140–143. https://doi.org/10.34921/amj.2026.2.023

Nömrə

Bölmə

GİGİYENA, EPİDEMİOLOGİYA VƏ SƏHİYYƏ TƏŞKİLİ