MÜXTƏLİF YAŞ QRUPLARINDAN OLAN QADINLARIN YUMURTALIQ XƏRÇƏNGİNİN RİSK AMİLLƏRİ VƏ SİMPTOMLARI HAQQINDA MƏLUMATLILIQ SƏVİYYƏSİ
DOI
https://doi.org/10.34921/amj.2026.2.020Açar sözlər
yumurtalıq xərçəngi, risk faktorları, ictimai səhiyyə, sorğu, erkən diaqnozXülasə
Məqalədə müxtəlif yaş qruplarına aid olan qadınların yumurtalıq xərçənginin (YX) simptomlarının və risk faktorlarının məlumatlılıq səviyyəsinin fərqli xüsusiyyətlərini öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. O-CAM (Ovarian Cancer Awareness Measure) vasitələri istifadə edilərək hazırlanan anket əsaslı sorğu müxtəlif yaş qrupundan olan 250 iştirakçıya onlayn şəkildə təqdim edilmişdir. Ümumi maarifləndirmə və demoqrafik-klinik amillər arasındakı əlaqə Chi-square testi ilə qiymətləndirilmişdir. Sorğuda iştirak edənlər, əsasən, gənclər olmuşdur, belə ki, tədqiqat qrupunun 55,2%nin (n=138) yaşı 20-30 intervalında, 4,0%-nin (n=10) yaşı isə 50-dən yuxarı olmuşdur. İştirakçıların 65,6%-i (n=164) YX haqqında ümumi məlumatları olduğunu bildirmişdir. Ən çox müşahidə edilən simptomlar qarında şişkinlik (41,6%, n=104) və ağrı/böyümə (41,2%, n=103) idi. Tədqiq edilənlərin əksəriyyəti ailədə xərçəng xəstəliyi anamnezinin önəmli risk amili olduğunu bilmədiyini qeyd etmişdir. İştirakçıların yaşı ilə YX haqqında ümumi maariflənmə səviyyəsi arasında statistik əhəmiyyətli əlaqə aşkar edilmişdir (p<0,05), daha gənc yaş qrupları arasında xəstəlik haqqında məlumatlılıq daha yüksək olmuşdur. 250 iştirakçı ilə keçirilmiş bu sorğuda YX haqqında ümumi məlumatlılıq nisbətən yüksək olsa da, spesifik risk faktorları barəsində informasiyalarının yetərli olmadığı diqqət çəkmişdir. Müəlliflərin fikrincə, gələcəkdə həyata keçirilən ictimai səhiyyə proqramlarında bu boşluq aradan qaldırmalıdır.Downloads
Download data is not yet available.
Endirin
Yayımlanıb
2026-07-26
Necə istinad edilir
İbrahimov, Ə.M., Qazıyev, A., Əmiraslanov, Ə.T., Həsənova, A., & Novruzova, F. (2026). MÜXTƏLİF YAŞ QRUPLARINDAN OLAN QADINLARIN YUMURTALIQ XƏRÇƏNGİNİN RİSK AMİLLƏRİ VƏ SİMPTOMLARI HAQQINDA MƏLUMATLILIQ SƏVİYYƏSİ. Azərbaycan Tibb Jurnalı, (2), 122–125. https://doi.org/10.34921/amj.2026.2.020
Nömrə
Bölmə
GİGİYENA, EPİDEMİOLOGİYA VƏ SƏHİYYƏ TƏŞKİLİ
Lisenziya
Müəllif hüququ (c) 2026 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


