AZƏRBAYCANDA UŞAQLAR ARASINDA COVID-19-UN EPİDEMİOLOJİ XÜSUSİYYƏTLƏRİ: PANDEMİYANIN TƏHLİLİ
DOI
https://doi.org/10.34921/amj.2026.2.017Açar sözlər
COVID-19, SARS-CoV-2, uşaqlar, pandemiya, xəstələnməXülasə
Məqalədə Azərbaycanın uşaq populyasiyasında COVID-19-un klinik əlamətlərinin, ağırlaşmalarının və idarəetmə strategiyalarının elmi mənbələr və milli məlumatlar əsasında təhlilinin nəticələri təqdim edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi "Respublika Gigiyena və Epidemiologiya Mərkəzi"nin 2020-2025- ci illərə aid rəsm məlumatına əsasən ölkədə təsdiqlənmiş xəstəlik hadisələri, regional epidemioloji göstəricilər və Azərbaycanda uşaqlar arasında COVID-19-la xəstələnmə hallarının statistikası ilə bağlı rəsmi məlumatlar sistemli şəkildə nəzərdən keçirilmişdir. Bu məqsədlə xəstəliyin müxtəlif formalarını keçirmiş uşaqlarda xəstəliyin obyektiv klinik əlamətləri və bu əlamətlərin laborator göstəricilərlə qarşılıqlı əlaqəsi araşdırılmışdır. Araşdırma göstərmişdir ki, COVID-19 pandemiyası bütün yaş qruplarını əhatə etsə də, uşaqlar arasında xəstəliyin yayılması və klinik gedişi müxtəlif regionlarda fərqli epidemioloji xüsusiyyətlərlə müşayiət edilmişdir. Uşaqlarda COVID19 əksər hallarda yüngül və ya orta ağır formada müşahidə edilmiş, ağırlaşmalar əsasən yanaşı xəstəlikləri olan pasiyentlərdə qeyd olunmuşdur. Epidemioloji tədbirlər, test strategiyaları yoluxmanın idarə olunmasında əhəmiyyətli rol oynamışdır. Azərbaycanın pediatrik COVID-19 təcrübəsi qlobal trendlərlə uyğun olmuş, ölkənin səhiyyə sisteminin operativ adaptasiyası ağırlaşmaların qarşısının alınmasında effektiv nəticələr göstərmişdir.Downloads
Download data is not yet available.
Endirin
Yayımlanıb
2026-07-26
Necə istinad edilir
Cəfərova, S. (2026). AZƏRBAYCANDA UŞAQLAR ARASINDA COVID-19-UN EPİDEMİOLOJİ XÜSUSİYYƏTLƏRİ: PANDEMİYANIN TƏHLİLİ. Azərbaycan Tibb Jurnalı, (2), 102–108. https://doi.org/10.34921/amj.2026.2.017
Nömrə
Bölmə
GİGİYENA, EPİDEMİOLOGİYA VƏ SƏHİYYƏ TƏŞKİLİ
Lisenziya
Müəllif hüququ (c) 2026 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


