BÖYÜK BETTA-TALASSEMİYALI UŞAQLARIN QAN SERUMUNDA FİBROBLASTLARIN 23-CÜ BÖYÜMƏ FAKTORUNUN TƏYİNİNİN DİAQNOSTİK ƏHƏMİYYƏTİ

Müəlliflər

  • İ.C. Şahverdiyeva Azərbaycan Tibb Universiteti
  • G.E. Həmidova Azərbaycan Tibb Universiteti
  • F.İ. İslamzadə Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2026.1.021

Açar sözlər

böyük β-talassemiya, FGF-23, hepsidin, ferroportin

Xülasə

Məqalədə böyük β-talassemiyalı uşaqların qan serumunda fibroblastların 23-cü böyümə faktorunun (FGF-23) səviyyəsi ilə dəmir mübadiləsi zülallarının qarşılıqlı əlaqələrini araşdırmaq məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqata 2019-2023-cü illərdə mütəmadi qan transfuziyası almış 60 uşağın, kontrol qrupuna isə 15 nəfər müvafiq yaşlı praktik sağlam uşağın analizlərinin nəticələri daxil edilmişdir. Əsas qrupu təşkil edən uşaqlar iki qrupa ayrılmışdır: 6-11 yaş və 12-17 yaş. Pasiyentlərin qan serumunda dəmir, ferritin, D vitamini, ferroportin, hepsidin, FGF-23 səviyyələri qruplararası müqayisədə tədqiq edilmişdir. Tədqiqat göstərmişdir ki, böyük β-talassemiya olan uşaqların qan serumunda yaş artdıqca dəmirin və ferritinin toplanması ilə əlaqədar olaraq hepsidin səviyyəsi azalır. Uzun müddət transfuziya alan uşaqlarda D vitamini çatışmazlığı fonunda FGF-23 səviyyəsində artım müşahidə edilir. Bu, 12-17 yaşlı uşaqlarda daha qabarıq təzahür edir. Tədqiq edilən göstəricilər arasında korrelyasiya əlaqələrinin araşdırılmasından aydın olmuşdur ki, qan serumunda FGF-23 səviyyəsinin artmasına səbəb dəmir mübadiləsində baş verən dəyişikliklərdir. Əldə edilmiş nəticələr gələcəkdə böyük β-talassemiyanın diaqnostikasında və müalicə istiqamətlərinin düzgün seçilməsində əhəmiyyətli ola bilər.

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2026-03-15

Necə istinad edilir

Şahverdiyeva, İ.C., Həmidova, G., & İslamzadə, F. (2026). BÖYÜK BETTA-TALASSEMİYALI UŞAQLARIN QAN SERUMUNDA FİBROBLASTLARIN 23-CÜ BÖYÜMƏ FAKTORUNUN TƏYİNİNİN DİAQNOSTİK ƏHƏMİYYƏTİ. Azərbaycan Tibb Jurnalı, (1), 119–123. https://doi.org/10.34921/amj.2026.1.021

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR