BAŞGİCƏLLƏNMƏNİN KLİNİK VƏ DEMOQRAFİK XÜSUSİYYƏTLƏRİ

Müəlliflər

  • N.Ə. Muradova Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2026.1.017

Açar sözlər

başgicəllənmə, klinik təhlil, demoqrafik faktorlar, epidemiologiya

Xülasə

Məqalədə başgicəllənmə şikayəti ilə müraciət edən 892 pasiyentin klinik və demoqrafik xüsusiyyətlərini qiymətləndirmək məqsədilə aparılmış təkmərkəzli retrospektiv tədqiqat haqqında məlumat verilmişdir. Pasiyentlər ilkin mərhələdə strukturlaşdırılmış sorğu-anketlə qiymətləndirilmişdir, daha sonra videonistaqmoqrafiyanın (VNQ), nəticəsinə əsasən kalorik test, klinik göstəriş olduqda qliseroldehidratasiya testi, eşitmə zəifliyindən şikayəti olanlarda isə audioloji müayinələr icra edilmişdir. Pasiyentlərdən 66,9%-i qadın (n=597), 33,1%-i kişi (n=295) olmuşdur. Yaş qrupları üzrə paylanma: 18-30 yaş 13,0% (n=116), 31-50 yaş 38,6% (n=344), 51-70 yaş 34,8% (n=311), 70+ yaş 13,6% (n=121). Statistik analizlər cinsiyyətlə başgicəllənmə tipinin əlaqəli olduğunu (p<0,001), yaş artdıqca simptomun şiddətinin və görmə bulanıqlığının artdığını, həmçinin eşitmə dəyişiklikləri ilə qulaqda dolğunluq arasında güclü assosiasiya olduğunu göstərmişdir. Nəticələr anket əsaslı yanaşmanın ilkin diferensiasiya üçün praktik dəyərini və demoqrafik faktorların simptom strukturuna təsir etdiyini göstərir.

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2026-03-30

Necə istinad edilir

Muradova, N. (2026). BAŞGİCƏLLƏNMƏNİN KLİNİK VƏ DEMOQRAFİK XÜSUSİYYƏTLƏRİ. Azərbaycan Tibb Jurnalı, (1), 99–103. https://doi.org/10.34921/amj.2026.1.017

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR