BEL OSTEOXONDROZU OLAN XƏSTƏLƏRDƏ RADİKULOPATİYANIN MEXANİZMİNİN AYDINLAŞDIRILMASINDA SONOQRAFİYANIN ROLU
DOI
https://doi.org/10.34921/amj.2026.1.009Açar sözlər
ultrasəs müayinəsi, bel fəqərəarası disklərinin yırtığı, bel radikulopatiyası, maqnit rezonans görüntüləməXülasə
Məqalədə fəqərələrarası disk yırtığı və protruziyası zamanı bel radikulopatiyasının klinik təzahürləri ilə prosesin lokalizasiyası arasındakı əlaqənin öyrənilməsi məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqata fəqərələrarası disk yırtığı olan 31 və protruziyası olan 57 xəstə cəlb edilmişdir. Tədqiqatın nəticələri göstərmişdir ki, bel və bel-oma mənşəli ağrı sindromunun kombinasiyası olan xəstələrdə yırtığın posterolateral lokalizasiyası və protruziyanın müvafiq olaraq paramedian (p<0,01) və median (p<0,001) lokalizasiyalı prosesə nisbətən daha çox, paramedian lokalizasiyası isə median (p<0,001) lokalizasiyasından daha artıq qeydə alınır. Bel-oma mənşəli ağrı simptomu yırtıq və protruziyanın paramedian lokalizasiyası olan xəstələrdə müvafiq olaraq posterolateral (p<0,05) və median (p<0,01) lokalizasiyalılardan xeyli tez-tez müşahidə edilmişdir. Beləliklə, aparılan tədqiqatların nəticələri bel ağrısının, xüsusən də radikulopatiyanın səbəblərinin müəyyənləşdirilməsində ultrasəs müayinəsinin imkanlarını nümayiş etdirir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2026 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


