XRONİK RİNOSİNUSİTLİ XƏSTƏLƏRİN QAN SERUMUNDA VƏ BURUN SELİYİNDƏ ANTİMİKROB PEPTİDLƏRİN SƏVİYYƏSİ
DOI
https://doi.org/10.34921/amj.2026.1.008Açar sözlər
xronik rinosinusit, defenzin, katelisidin, kalprotektin, lipokalin, bakterisid keçiriciliyi artıran proteinXülasə
Məqalədə xronik sinusitli xəstələrin həm qan, həm də burun seliyində bəzi antimikrob peptidlərin səviyyəsinin öyrənilməsinə dair tədqiqatın nəticələri şərh edilmişdir. Tədqiqat işində 80 nəfər xronik rinosinusit diaqnozlu xəstənin qan serumunda və burun seliyində antimikrob peptidlərin (β-defensin, katelisidin, lipokalin-2, kalprotektin və BPİ) səviyyəsi immunoferment üsulu ilə analiz edilmişdir. Xəstələr iki qrupa bölünmüşdür: I qrupa 48 nəfər polipsiz xronik rinosinusit, II qrupa 32 nəfər polipli xronik rinosinusitli xəstə daxil edilmişdir. Polipsiz xəstələrin qan serumunda defenzin və katelisidinin səviyyəsi əsasən eozonofil-dominant xəstələrdə, polipli formalarda isə həm eozonofil, həm də neytrofil-dominant hallarda əhəmiyyətli dərəcədə azalmışdır. Burun seliyində antimikrob peptidlərin səviyyəsi neytrofil-dominant xəstələrdə artmış, polipli xronik rinosinusitli formalarda, xüsusilə eozonofildominant xəstələrdə isə kəskin azalma müşahidə edilmişdir. Bunun əksinə olaraq, neytrofil-dominant xəstələrdə kalprotektin, lipokalin-2 və BPİ səviyyələri həm qan serumunda, həm də burun seliyində statistik əhəmiyyətli artmışdır. Müəllifin fikrincə, polipoz xronik rinosinusit zamanı yerli immun cavabın fəallaşması nəticəsində neytrofil-dominant iltihabın kəskinləşməsi neytrofil mənşəli antimikrob peptidlərin səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına səbəb olur. Eozonofil-dominant formalarda həm sistemli, həm də yerli immun müdafiə sisteminin zəifləməsi epitelial mənşəli antimikrob peptidlərin isə əksinə azalmasına gətirib çıxarır.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2026 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


