PROSTAT XƏRÇƏNGİNİN ULTRASƏS DİAQNOSTİKASININ ƏSAS LOKALİZASİYADAN ASILI OLAN XÜSUSİYYƏTLƏRİ

Müəlliflər

  • R.Y. Abdullayev Xarkov Milli Tibb Universiteti
  • İ.V. Krijanovskaya Xarkov Milli Tibb Universiteti
  • О.А. Nakoneçnaya Xarkov Milli Tibb Universiteti
  • M.C. Sultan Azərbaycan Tibb Universiteti
  • F.İ. Kulikova İ.İ.Mechnikov adına Dnepropetrovsk vilayət klinik xəstəxanası
  • İ.D. Krijanovskiy Dnepr Dövlət Tibb Universiteti
  • V.F. Zavizion Dnepr Dövlət Tibb Universiteti
  • İ.N. Kixtenko Dnepr Dövlət Tibb Universiteti
  • Y.M. Xvorostenko Dnepr Dövlət Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2026.1.001

Açar sözlər

transrektal ultrasəs müayinəsi, prostat xərçəngi, prostat vəzisində hipoexogen sahə, elastoqrafiya

Xülasə

Məqalədə prostat vəzi xərçənginin diferensial diaqnostikasında ultrasəs müayinəsi metodunun tətbiq edilməsinin effektivliyini araşdırmaq məqsədilə aparılan tədqiqat işi haqqında məlumat verilmişdir. Prostat vəzi xərçəngi (PX) olan 49 kişidə və xoşxassəli prostat vəzi hiperplaziyası (XPH) olan 67 kişidə transrektal ultrasəs müayinəsinin nəticələrinin retrospektiv təhlili aparılmışdır. Vəzinin periferik zonasında xərçəng şişi hallarının 83,7%-də və XPH hallarının 67,2%-də hipoexogen sahələr aşkar edilmişdir (p<0,05). Bundan əlavə, PX-nin diaqnozunda bu simptomun həssaslığı 81,3%, spesifikliyi 55,6% və dəqiqliyi 75,6% olmuşdur. PX-nin hallarının 59,2%-də mikrokalsifikasiya, 69,4%-də isə hipervaskulyarizasiya aşkar edilmişdir. Vəzidə olan mikrokalsifikasiya sayəsində müşahidə edilən lokal hipoexogen sahə simptomunun həssaslığı müvafiq olaraq 84,0%, spesifikliyi 70,8% və dəqiqliyi 77,6% təşkil etmişdir. Hipervaskulyarizasiyalı lokal hipoexogen sahə simptomu üçün eyni göstəricilər müvafiq olaraq 85,3%, 73,3% və 81,6% təşkil etmişdir. Prostat xərçəngi olan xəstələrdə vaskulyarizasiyası olan hipoexogen sahədə sıxlığın elastoqrafik təyininin həssaslığı, spesifikliyi və dəqiqliyi müvafiq olaraq 93,1%, 100,0% və 93,5% təşkil etmişdir.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2026-03-15

Necə istinad edilir

Abdullayev, R., Krijanovskaya, İ.V., Nakoneçnaya О., Sultan, M., Kulikova, F., Krijanovskiy, İ.D., … Xvorostenko, Y. (2026). PROSTAT XƏRÇƏNGİNİN ULTRASƏS DİAQNOSTİKASININ ƏSAS LOKALİZASİYADAN ASILI OLAN XÜSUSİYYƏTLƏRİ. Azərbaycan Tibb Jurnalı, (1), 5–10. https://doi.org/10.34921/amj.2026.1.001

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR