AHIL VƏ DAHA YAŞLI XƏSTƏLƏRDƏ RESİDİVVERƏN XRONİK PROSTATİT: DİAQNOSTİKA, ADEKVAT TERAPİYA METODUNUN SEÇİMİ

Müəlliflər

  • H.N. Cəlilov Rusiya Federasiyası Səiyyə Nazirliyinin Federal Dövlət Büdcə Müəssisəsi “Dağıstan Dövlət Tibb Universiteti”
  • T.V. Tsaruyeva Rusiya Federasiyası Səiyyə Nazirliyinin Federal Dövlət Büdcə Müəssisəsi “Dağıstan Dövlət Tibb Universiteti”
  • D.N. Cəlilova Rusiya Federasiyası Səiyyə Nazirliyinin Federal Dövlət Büdcə Müəssisəsi “Dağıstan Dövlət Tibb Universiteti”
  • A.S. Muqudinova Rusiya Federasiyası Səiyyə Nazirliyinin Federal Dövlət Büdcə Müəssisəsi “Dağıstan Dövlət Tibb Universiteti”
  • A.M. Maqomedova Rusiya Federasiyası Səiyyə Nazirliyinin Federal Dövlət Büdcə Müəssisəsi “Dağıstan Dövlət Tibb Universiteti”
  • A.M. Kasumova Rusiya Federasiyası Səiyyə Nazirliyinin Federal Dövlət Büdcə Müəssisəsi “Dağıstan Dövlət Tibb Universiteti”
  • Ş.Ş. Rəcəbova Rusiya Federasiyası Səiyyə Nazirliyinin Federal Dövlət Büdcə Müəssisəsi “Dağıstan Dövlət Tibb Universiteti”

DOI

https://doi.org/10.34921/amj.2021.3.004

Açar sözlər

prostatit, levoflaksasin, polioksidonium, vobenzim

Xülasə

Məqalədə ahıl və daha yaşlı şəxslərdə residivləşən xronik prostatitin kompleks və stan­dart müalicə metodlarını qiymətləndirmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Kompleks terapiya sxeminə yeni nəsil flüorxinolon preparatı – levofloksasin (tavanik), immunomodulyator – polioksidonium və ferment preparatı – vobenzim daxil edilmişdir. Prospektiv tədqiqat planını “xronik residivləşən bakterial prostatit” diaqnozu qoyulmuş 102 xəstənin müayi­səli qiymətləndirilməsi təşkil etmişdir. 51 xəstə standart etiopatogenetik müalicə almış (müqayisə qrupu), əsas qrupa daxil edilən 51 xəstə isə əlavə olaraq immunomodulyator (polioksidonium) və poliferment preparatı (vobenzim) almışdır.

Xəstələrin müalicədən 3 ay sonrakı növbəti həkimə gəlişində müəyyən edilmişdir ki, kompleks terapiya üsulunun klinik-mikrobioloji effektivliyi müqayisə qrupundakına nisbətən artıq olmuşdur (müvafiq olaraq 72,4% və 35,7%).

Aparılmış müalicə üsulunun müqayisəli qiymətləndirilməsi göstərmişdir ki, müqayisə qrupuna aid olan xəstələrdə sidiyin 3-cü porsiyasında və prostat vəzi şirəsində leykositlərin sayı kompleks müalicə alan xəstələrdəkinə nisbətən xeyli artıqdır. Müalicə kompleksinə immunomodulyator – polioksidonium və poliferment preparatı – vobenzim daxil edilməsi xəstələrdə sidik ifrazının asanlaşmasına və ağrı sindromunun zəifləməsinə səbəb olmuş, həyat keyfiyyətini (QoL) isə orta hesabla 4,8 bal (müqayisə qrupunda 4,2 bal) artırmışdır. Əsas tədqiqat qrupuna aparılmış kompleks müalicə xəstəliyin residivlərinin də azalmasına səbəb olmuşdur.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2021-09-30

Necə istinad edilir

Cəlilov , H., Tsaruyeva , T., Cəlilova , D., Muqudinova , A., Maqomedova, . A., Kasumova, . A., & Rəcəbova , Ş.Ş. (2021). AHIL VƏ DAHA YAŞLI XƏSTƏLƏRDƏ RESİDİVVERƏN XRONİK PROSTATİT: DİAQNOSTİKA, ADEKVAT TERAPİYA METODUNUN SEÇİMİ. Azərbaycan Tibb Jurnalı, (3), 29–37. https://doi.org/10.34921/amj.2021.3.004

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR