AZƏRBAYCAN RESPUBLİKASININ GƏDƏBƏY RAYONU ƏRAZİSİNDƏ UROLOJİ XƏSTƏLİKLƏRİN MÜALİCƏSİNƏ DAİR ETNOFARMAKOLOJİ TƏDQİQAT

Müəlliflər

  • C.İ. İsayev Azərbaycan Tibb Universiteti
  • A.İ. Qədimli Azərbaycan Tibb Universiteti
  • N.T. Babayeva Azərbaycan Tibb Universiteti
  • G.S. Cəfərova Azərbaycan Tibb Universiteti
  • N.M. Səfərova Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2025.4.019

Açar sözlər

etnofarmakologiya, Azərbaycanın Gədəbəy rayonu, dərman bitkiləri, uroloji xəstəliklər

Xülasə

Məqalədə Azərbaycan Respublikasının Gədəbəy rayonu ərazisində aparılmış etnofarmakoloji tədqiqatın nəticələri şərh edilmişdir. İki il ərzində 70 respondent arasında aparılmış sorğunun nəticələrinə əsasən xüsusilə 61 yaşdan yuxarı şəxslərin bitkilərin xalq təbabətində istifadəsi barədə daha çox məlumata malik olduğu aşkar edilmişdir. Tədqiqat çərçivəsində müəyyən edilmişdir ki, Gədəbəy rayonunda uroloji xəstəliklərin müalicəsində 13 fəsiləyə aid 57 bitki növündən istifadə edilir. Xüsusilə Asteraceae fəsiləsinə aid 8, Apiaceae və Rosaceae fəsilələrinə aid hər biri 5, Lamiaceae fəsiləsinə aid 4 və Fabaceae fəsiləsinə aid 3 bitki növü üstünlük təşkil edir. Respondentlərin məlumatlarına əsasən dərman bitkiləri əhali arasında əsasən dəmləmə, bişirmə və təbii halda istifadə edilir. Praktik təbabətdə uroloji xəstəliklərin müalicəsində bitki mənşəli vasitələr nisbətən az tətbiq olunur. Bu baxımdan, aparılan tədqiqat həm tibb işçiləri, həm də əhali arasında bitki mənşəli müalicə üsullarına marağı artırmaq üçün böyük əhəmiyyət kəsb edir.

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2025-12-23

Necə istinad edilir

İsayev, C., Qədimli, A., Babayeva, N., Cəfərova, G., & Səfərova, N. (2025). AZƏRBAYCAN RESPUBLİKASININ GƏDƏBƏY RAYONU ƏRAZİSİNDƏ UROLOJİ XƏSTƏLİKLƏRİN MÜALİCƏSİNƏ DAİR ETNOFARMAKOLOJİ TƏDQİQAT. Azərbaycan Tibb Jurnalı, (4), 118–123. https://doi.org/10.34921/amj.2025.4.019

Nömrə

Bölmə

EKSPERİMENTAL VƏ NƏZƏRİ TƏBABƏT