SARS-CoV-2 VİRUS İNFEKSİYASI ZAMANI QASTROİNTESTİNAL POZULMALAR

Müəlliflər

  • C.P. İsayev Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrası
  • G.X. İbrahimova Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrası

DOI

https://doi.org/10.34921/amj.2021.4.007

Açar sözlər

SARS-COV-2 virus infeksiyası, qastrointestinal əlamətlər, diareya, SpO2, CRZ, D-dimer, ferritin, protrombin

Xülasə

Məqalədə qastroenteroloji əlamətlərlə, o cümlədən diareya ilə gedən SARS-CoV-2 virus infekiyasının klinik-laborator xüsusiyyətlərini araşdırmaq məqsədilə aparılmış tədqiqat işi haqqıda məlumat verilmişdir. COVİD-19 infeksiyası diaqnozu ilə müalicə olunmuş, respirator əlamətlərlə yanaşı mədəbağırsaq pozulmaları müşahidə edilən 30-69 yaşı olan 58 xəstədə demoqrafik göstəricilər, premorbid fon xəstəlikləri, qastrointestinal əlamətlər, stasionarda müalicə müddəti, stasionara daxil olarkan bədən temperaturu, dəqiqəlik tənəffüsün sayı, SpO2 səviyyəsi araşdırılmışdır. Qanda ferritinin, D-dimerin, C-reaktiv zülalın səviyyəsi, hemoqram, koaqoloqram öyrənilmiş, ağciyərlərin kompyuter tomoqrafiyası aparılmışdır. COVİD-19 infeksiyasının diaqnozu burun-udlaqdan götürülmüş materialda ZPR üsulu ilə virus RNT-sinin aşkar edilməsi ilə təsdiq edilmişdir. Nəticələr variasion statistika üsulu ilə işlənmişdir. Tədqiqat göstərmişdir ki, xəstələrin 53,4%-də mədə-bağırsaq pozulmaları və respirator əlamətlər eyni vaxtda təzahür etmişdir. 10,3%-də isə erkən dövrdə yalnız qastrointestinal əlamətlərl müşahidə edilmiş və 2-3-cü gündən respirator əlamətlər qoşulmuşdur. Qastrointestinal əlamətlərdən anoreksiya xəstələrin – 58,6%-də, ishal – 44,8%-də, mədə bulanması – 37,9%-də, qusma – 10,3%-də, qarında qurultu – 6,9%-də, ağrı – 5,2%-də müşahidə edilmişdir. Qarında qurultu və ağrı kimi əlamətlər yalnız ishal olan xəstələrdə meydana çıxmışdır. İshal əsasən cavanlarda, yalnız 15,4% halda yaşı 50 və daha yuxarı olanlarda qeyd olunmuşdur. Laborator müayinələrin nəticələrinin təhlili zamanı diareyalı xəstələrdə leykositoza, limfopeniyaya və trombositopeniyaya meyllik, neytrofillərin sayının artması, EÇS-in sürətlənməsi diqqəti daha çox cəlb etmişdir. CRZ, D-dimer, ferritin səviyyəsi nəzərəçarpacaq dərəcədə artmış, protrombin indeksi azalmışdır. Diareyalı xəstələrdə SARS-CoV-2 infeksiyası ağır gedişli olmuş və kritik vəziyyətlərin inkişaf ehtimalının yüksəkliyi ilə təzahür etmişdir. Stasionarda müalicə dövrü və virusun orqanizmdən eliminasiya müddəti daha uzun çəkmişdir.

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2022-03-04

Necə istinad edilir

İsayev, C., & İbrahimova, G. (2022). SARS-CoV-2 VİRUS İNFEKSİYASI ZAMANI QASTROİNTESTİNAL POZULMALAR. Azərbaycan Tibb Jurnalı, (4), 41–49. https://doi.org/10.34921/amj.2021.4.007

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR