SPLENEKTOMİYADAN SONRA MƏDƏ XƏRÇƏNGİNƏ GÖRƏ İCRA EDİLƏN QASTREKTOMİYA ZAMANI MƏDƏ-DALAQ BAĞINDA YERLƏŞƏN ƏLAVƏ DALAĞIN QORUNUB SAXLANMASI (KLİNİK MÜŞAHİDƏ)
DOI
https://doi.org/10.34921/amj.2025.2.025Açar sözlər
əlavə dalaq, dalağın cırılması, mədə xərçəngi, qastrektomiyaXülasə
Məqalədə mədə xərçəngi ilə müraciət etmiş və anamnezində 17 il əvvəl qəza nəticəsində dalağın cırılmasına görə splenektomiya aparılmış xəstədə qastrektomiya zamanı mədə-dalaq bağında yerləşən hipertrofiyaya uğramış əlavə dalağın uğurla saxlanması ilə nəticələnən klinik hadisə təsvir edilir. Mədənin kardial hissəsinin xərçəngi diaqnozuna görə hospitalizasiya edilmiş və anamnezində dalağın cırılmasına görə splenektomiya edildiyi göstərilən 57 yaşlı kişi xəstədə KT zamanı 50 × 45 mm ölçüdə hipertrofiyaya uğramış əlavə dalaq aşkar edilmişdir (splenektomiyadan 3 ay sonra aparılmış ultrasəs müayinəsində əlavə dalaq 20 × 15 mm ölçüdə təsvir edilmişdir). Laparotomiya zamanı sol hemidiafraqma altında intensiv bitişmələr aşkar edilmiş və bitişmələrin arasında mədə-dalaq bağının içərisində əlavə dalaq kimi qiymətləndirilən şişəbənzər törəmə müşahidə edilmişdir. Xəstəyə D2 limfodisseksiya ilə qastrektomiya icra edilmiş və qan təchizatı nəzərə alınmaqla, əlavə dalaq qorunub saxlanılmışdır. Cərrahi əməliyyatdan sonrakı dövr ağırlaşmasız keçmişdir. Cərrahi əməliyyatdan sonrakı yaxın dövrdə və 3 ay sonra qorunub saxlanmış dalağın doppleroqrafiyası zamanı toxuma strukturunun və qan təchizatının səciyyəvi olduğu müşahidə edilmişdir. Müəlliflərin firkincə, mədə xərçəngi və anamnezində splenektomiya olmuş xəstələrdə mədə-dalaq bağında əlavə dalağın olduğu hallarda onun qan təchizatının qorunub saxlanılması məqsədəuyğundur və texniki olaraq mümkündür.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


