AZƏRBAYCANIN İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRİNDƏ DAĞINIQ SKLEROZUN YAYILMASI

Müəlliflər

  • R.R. Əliyev Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2025.2.021

Açar sözlər

dağınıq skleroz, yayılma, klinik gediş, cinsiyyət

Xülasə

Məqalədə Qarabağ və Şərgi Zəngəzur iqtisadi rayonlarında dağınıq sklerozun (DS) yayılmasının və klinik gedişinə görə tiplərinin xüsusi çəkisini araşdırmaq məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. 10 il (01.01.2013-31.12.2022) ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Nevroloji Mərkəzində xüsusi ekspert komissiyası tərəfindən adı çəkilən iqtisadi rayonlardan DS diaqnozlu 224 xəstə müayinə edilmiş və tibbi sənədləri araşdırılmışdır. Diaqnoz qoyularkən xəstələrin orta yaşı 34,81±7,78 olmuşdur. DS-nin klinik tipləri arasında daha çox rast gəlinən residivverən DS (80,4%) və ikincili proqressivləşən DS (15,2%) olmuşdur. Tədqiqat müddətinin sonuna regionda DS-in yayılması 100000 nəfərə 20,83±1,42 (95% CI – 18,05-23,61) olmuşdur. Qadınlar arasında DS-nin yayılması kişilərlə müqayisədə əhəmiyyətli dərəcədə yüksək olmuşdur – p<0,001.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2025-07-31

Necə istinad edilir

Əliyev, R. (2025). AZƏRBAYCANIN İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRİNDƏ DAĞINIQ SKLEROZUN YAYILMASI. Azərbaycan Tibb Jurnalı, (2), 130–136. https://doi.org/10.34921/amj.2025.2.021

Nömrə

Bölmə

GİGİYENA, EPİDEMİOLOGİYA VƏ SƏHİYYƏ TƏŞKİLİ